Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar hələ ana qarnında ikən eşitdir?

Aparılan bir araşdırma müəyyən edib ki, uşaqlar hələ ana qarnında ikən eşitdiklərini xatırlaya bilirlər.

Finlandiyanın Helsinki Universitetinin alimlərinin apardığı araşdırma dölün mahnıları və söhbətləri xatırlaya bildiyini, dolayısı ilə beyin tamamilə inkişaf etmiş olmasa da, öyrənə bildiyini göstərdi.

Alimlər Fincedə bir mənası tapılmayan 3 hecalı olması ilə öyrənilməsi asan olan "tatata” kəlməsini istifadə edərək dölün hafizəsini testdən keçirib. Hamiləliyin 29-cu həftəsindən doğuşa qədər aparılan araşdırmada qadınların yarısına yüz dəfə bu söz dinlədilib.

Doğuşdan sonra sözü dinlətdikləri uşaqların beyin fəaliyyəti təhlil edilib. Ana qarnında "tatata”nı dəfələrlə dinləyən uşaqların beyninin bu kəliməyə güclü reaksiya verdiyi müşahidə olunub. Bu kəlməni eşitməyənlər isə heç bir reaksiya verməyib. Araşdırmaçılar dölün xarci aləmdəki səsləri eşidə və xatırlaya biləcəyi ehtimalını təsdiqləyib.


Tarix: 06.01.2015 / 11:39 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Körpəyə qulluq
loading...