beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övlad sahibi olmaq üçün ideal yaş neçədir?

Kişilər ata olmağa tələsmədiyi halda, qadınlar həmişə evdə qalma qorxusundan gecikdiyini düşünürlər. Buna görə də ana olmağı arzulayırlar...

Türkiyənin evlilik saytlarından biri övlad sahibi olmaq üçün ideal yaş sorğusunu keçirib. Bu araşdırmada 2846 nəfər iştirak edib. Araşdırmanın nəticələrinə görə kişilər erkən yaşda ata olmağın əleyhinədir. Qadınların çoxu ana olmaq üçün 25-30 yaş arasının ideal olduğuna inanır.

Fikir ayrılığı – Övlad sahibi olmaq üçün 31-35 yaş arası kişilərin 47 faizi ata olmağı azrulayır, qadınların isə 23 faizi ana olmağa hazır olduğunu deyib. Fikir ayrılığı 25-30 yaş arası üçün də keçərlidir. Qadınların 52 faizi ana olmağa razı olarkən, kişilərin ancaq 25 faizi özünü ata olmağa hazır hiss edir.

Sosial rifah artdıqca uşaq sayı azalır – Kişilər uşaq sahibi olmaq istədiyi zaman evlənmək istəyirlər və bu sahədə tələsmirlər. Qadınlar isə bioloji baxımdan karyerayaların yüksəldiyi yaş həddində 25-30 yaş arasında ana olmağa qərar verirlər. Buna görə də, deyə bilərik ki, sosial rifah artdıqca evlənmə yaşı və övlad sahibi olma yaşı artır. Uşaq sayı isə azalır.


Tarix: 06.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Körpəyə qulluq