beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlayan körpənizi susdurmağın yolları

Duşu açıb, körpənizlə birlikdə su səsini dinləyin, axan suyun səsini eşitmək diqqətini dağıdacaq.

Körpənizi yatırdıb, qarınına təbii bir yağla yüngülcə masaj edin.

Ona mahnı oxuyun.

Bağçanız varsa, çölə çıxardıb çəmənlərdə oynamasına icazə verin.

Onun diqqətini çəkəcək ani bir səs çıxarın.

Saçlarını oxşayın. Bu onu sakitləşdirəcək.

Saç qurutma maşınınızı işlədin. Səs və isti hava axını diqqətini dağıdacaq.

Onu evdəki başqa birinin qucağına verin.

Çəmənli bir bağçanız varsa, onu yerə yatırdıb yumrulayın. Eyni şeyi xalçanın üzərində də edə bilərsiniz.

Ayaqlarına masaj edin.

Üzünüzlə komiklik edin. Məsələn dilinizi çıxarın.

Qarınının üzərinə isidilmiş bir su torbası qoyun.

Elektrik süpürgəsini işlədin.

Layla söyləyin.

Yaxınınızdakı bir parka aparıb, oynayan pişik və itləri göstərib, birlikdə seyr edin.


Tarix: 06.01.2015 / 11:35 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Körpəyə qulluq