Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmizdirmə haqqında bilmədikləriniz

Diyetisyen kimi yemənizə ehtiyac yoxdur
Bədəniniz sağlam süd çıxarmaq üçün dizayn edilmiş. Sağlam və balanslı qidalanmaya diqqət göstərməniz kafi. Kifayət qədər vitamin alıb - verdiyiniz mövzusunda narahat olmanıza ehtiyac yoxdur. Əmin deyilsinizsə, hamiləlik və əmizdirmə üçün hazırlanmış xüsusi multivitaminlerden ala bilərsiniz.

Qarın ağrısı
Əmizdirməyə başladığınız ilk günlərdə regli kramplarına bənzər ağrılar yaşamanız mümkün. Bunun səbəbi əmizdirməklə birlikdə bədəninizin xüsusi bir hormon çıxarması və bu hormonun rəhmdə meydana gələ biləcək qanamaları maneə törətmək üzrə sıxılmalara gətirib çıxarması. Qarınınızın ağrıması əslində bədəninizin yaxşılaşmağa başladığını göstərir.

Südünüz inək südünə bənzəmir
Çıxardığınız südün inək südü ilə əlaqəsi yoxdur. Südünüz körpənizin qida ehtiyacına görə gündən - günə dəyişiklik göstərə bilər.

Sinələriniz davamlı sızma edə bilər
Bunun üçün hormonlarınızı günahlandırmalısınız. Körpənizi düşünməniz, onun haqqında danışmanız hətta başqa bir körpənin ağladığını eşitmək belə sinələrinizdən süd gəlməsinə səbəb olar.

Əmizdirmə darıxdırıcı ola bilər
Əmizdirmə bəzən bir saat müddət bilər və körpələrin ilk aylarında iki saatda bir əmizdirilmələri lazımdır. Yəni bütün gününüzü körpənizi əmizdirməklə keçirirmiş kimi hiss edə bilərsiniz.

Yoldaşınız əmizdirmənizə ağlını itirmiş ola bilər
Siz özünüzü davamlı sağılan bir inək kimi hiss etmiş ola bilərsiniz amma yoldaşınız əmizdirmənizi və yeni analıq rolunuzu çox seksi tapa bilər.


Tarix: 06.01.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq
loading...