beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda qulaq ağrısı zamanı ilk yardım. Nə etməli?

Əgər gecə vaxtı uşaqda qulaq ağrısı başlayıbsa və sizin həkimə müraciət etmək imkanınız yoxdursa, nə etməli?
Təbii ki,uşaq səhərə qədər bu ağrıya dözə bilməz, qulaqların guppultu ilə ağrıması uşağı heç yatmağa da qoymaz. Bu zaman bəzi valideynlər uşaqların qulağına bor spirti damcıladırlar. Bu, yanlışdır, axı əvvəlcə qulağın nədən ağrımasını müəyyən etmək lazımdır. müayinə etmədən, diaqnoz müəyyənləşdirilmədən özfəaliyyət olaraq tibbi yardım göstərmək vəziyyəti əksinə, daha çətinləşdirə bilər.

Bəs gecə başlayan qulaq ağrısı zamanı uşağa necə yanaşılmalıdır?
Tənzifin üzərinə 2-xörək qaşığı araq, 2-xörək qaşığı su qarışdırıb tökmək lazımdır və bunu uşağın qulağının üstünə qoymaqla ağrını sakitləşdirə bilərsiniz. Lap yaxşı olar ki, tənzifi qulağın üzərinə qoyub qalın yaylıqla bağlayasınız. Bu zaman yaylıq istilik verir, ağrını yüngülləşdirir.
Ya da araqla suyu qarışdırıb salfetkanı, ya da pambığı ona batırıb uşağın qulağının üstünə qoya bilərsiz, bu zaman da mütləqdir yaylıqla bağlanmalıdır. 1-2 saat saxlamaqla uşağa kömək etmiş olarsınız.
Diqqət: Əgər uşağın hərarəti varsa və qulağı ağrıyırsa, bu prosedurları qəti etmək olmaz, bədənin hərarəti yüksək olan zaman istilik verən vasitələr kömək etməkdənsə, ziyan edir, ağrını gücləndirir. Bu zaman pambığı bor spirti ilə isladıb uşağın qulağına qoymaq lazımdır. Spirti qətiyyən qizdırmayın, çünki qızdırılma zamanı bütün keyfiyyəti buxarlanır və bunun uşağa köməyi olmur. Spirti qulağa damcılatmaq olmaz, bu zaman qulağın dərisini yandırmış və qulağa ziyan vermiş olarsınız.

Uşaqlarda zökəm xəstəliyi olan zaman mütləq müalicə etdirin, çünki vaxtında olmayan müalicə sonunda qulaq ağrısına gətirib çıxardar.
Uşaqlar hamamdan, yaxud da dənizdən gələndən sonra bəzən qulaq ağrıları olur. Bunun üçün ilk öncə balaca uşaqları çimizdirdikdə qulaqlarına pambıq qoymaq lazımdır, böyük uşaqlarda isə çiməndən sonra mütləq qulağ ı bunun üşün ayrılmış xüsusi çoplərlə qurutmaq lazımdır. Hamamdan çıxandan sonra saçlarını fenlə qurudun, bu zaman fendən gələn istilik qulağa çox kömək edəcək.
Unutmayın ki, bunlar həkim gələnədək edilən köməklərdir. Ciddi olduğu təqdirdə mütləq həkim çağrılmalı və ya uşaq yaxınlıqdakı səhiyyə ocağına aparılmalıdır.


Tarix: 05.01.2015 / 16:54 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq