beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəniz xarakteri necədir? [TEST]

Hər körpənin bir şəxsiyyəti, fərqli bir xarakteri vardır. Körpənizi tanısanız onunla daha asan ünsiyyət qurarsınız. Testimizi cavablandırın, körpənizin şəxsiyyətini öyrənin.
1.Yatağında tək başına qoysanız necə davranır?
A.Ümumiyyətlə öz-özünə oyalanır, məmnun görünür
B.Dərhal kədərlənər, daimi diqqət istəyir

2.Oyun oynayarkən oyun yoldaşlarına necə davranar?
A.Yaxşı davranar, əhəmiyyətli olan əylənməsidir
B.Mütləq onun istədiyi olar, oyunu istiqamətləndirmək istəyər

3.Hər hansı bir vərdişini dəyişdirmək istədiyinizdə necə reaksiya verir?
A.Yeni vəziyyətə asanca uyğunlaşar, problem çıxarmaz
B.Dəyişikliyə dözümü yoxdur, dərhal narahatçılığa başlayır

4.Çox acdığı zamanlarda, siz yeməyini hazırlayarkən necə davranır?
A.Yemək hazır olana qədər sakit gözləyir
B.Daim mızmızlanır və ağlayır

5.Onu daha əvvəl görmədiyi birinə əmanət etmək istəsəniz, nə edər?
A.Ondan uzaq dayanar, qorxuyla sizə tərəf baxar
B.Dərhal qucağına atlanar, oynamağa başlayar

6.Onu bir ədyal ilə möhkəmcə bürümək istəyəndə necə davranır?
A.Sakit dayanır, üzümə baxır, qucağımda yuxuya gedir
B.Narahat olur, qurcalanır, rahat hərəkət edənə qədər yatmır

7.En sevdiyi oyunlar hansılardır?
A.Əməkdaşlığa əsaslanan oyunlardır
B.Rəqabətə söykənən oyunlardır

8.Yuxu vaxtı gələndə nə edir?
A.Problem çıxarmadan yatırtmama icazə verir
B.Yuxusu gəlmirsə, əsla yatmaz, istəksiz davranır, yanında qalmasam yatmaz

9.Oyuncaqlarına sahiblənər mi?
A.Bəli
B.Xeyr
Nəticələr
A cavabı çoxdursa
Bu tip körpələrin baxımı ümumiyyətlə asandır. İstiqanlı, asan qəbul edən, uyğun, rahat və ümumiyyətlə məmnun körpələrdir. İnsanlara asan güvənərlər. Öyrənməyə açıqdırlar. Nadir hallarda hirslənər və kefsizləşərlər. İrəlidəki həyatlarında ümumiyyətlə balanslı və xoş xasiyyət insanlar olarlar. Məktəb və iş həyatlarında müvəffəqiyyətli olarlar.
B cavabı çoxdursa
Körpəniz bəzən əsəbi və xasiyyətsiz ola bilir. Bu tip körpələrin baxımı bir az çətindir. Ancaq son dərəcə möhkəm bir şəxsiyyəti var. Ümumiyyətlə istədiklərinizi etdirməkdə çətinlik çəkirsiniz, öz istədiyi şeyləri etməyə çalışır, məhdudiyyətlərə gələ bilmir. İnsanlara asan istilənib güvənmir, çox gülmür. Körpəniz böyüyəndə ətrafıyla asan ünsiyyət quran biri olamaya bilər, amma rəqabəti sevməsi onu məktəb və iş həyatında müvəffəqiyyətli biri edəcək. Doğru bir təhsillə möhkəm xarakterli, ciddi amma şəxsiyyətli bir insan olacaq.


Tarix: 03.01.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Körpəyə qulluq