beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənizin Baxımı - Dırnaq kəsmə, Körpə vannası və s.

İlk gündən etibarən körpənizin baxımı və təmizliyi həqiqətən vacibdir. Bu mövzuda diqqətli və həssas olmalısınız. Son dərəcə həssas olan dəriyə xüsusi qulluq lazımdır. İstifadə edəcəyiniz məhsulları da diqqətlə seçməli, lazım olarsa, əvvəl sınaqdan keçirib, məmnun qaldığınız təqdirdə istifadə edin.

Xəstəxanadan evə gəldiyinizdə özünüzü son dərəcə aciz və bacarıqsız hiss edə bilərsiniz. Bez dəyişdirmək bəlkə yüz dəfələrlə şahidi olduğunuz bir şey olsa da, ilk dəfə edərkən əlləriniz titrəyə bilər. Amma narahat olmayın, qısa zamanda hər şeyi öyrənəcək və rahat-rahat tətbiq edəcəyiniz hala gələcək.

Günlük baxım
Əvvəlcə bütün ləvazimatları hazırlayın. Körpənizi təmizliyini edəcəyiniz münasib yerə uzadın.
Ümumiyyətlə, qaynadılmış və soyudulmuş suya batırılmış pambıqdan istifadə edin. Hər hissə üçün pambığı dəyişdirin. Körpənizin bədəninin bir hissəsi üçün istifadə etdiyiniz pambığı başqa hissə üçün istifadə etməyin.
Qulaqlarını xüsusi olaraq körpələr üçün nəzərdə tutulan qulaq təmizləyici çubuqlarla təmizləyə bilərsiniz. Diqqət edin ki, çubuğu çox içəriyə salmayasınız. Qulaq arxalarını da təmizləyə bilərsiniz. Sonra quru və yumşaq bir tənziflə qurulaya bilərsiniz.
Eynilə, ağız ətrafını, üzünü və yanaqlarını da təmizləyib qurulayın.
Əgər körpənizi çimdirməyəcəksinizsə, körpənizin bədənini ilıq, nəmli süngərlə də silə bilərsiniz. Alt və üst hissə olaraq ikiyə ayıra bilər, bir hissəni təmizləyib geyindirdikdən sonra digər hissəyə keçə bilərsiniz. Qurulamağı unutmayın. Otağın temperaturuna diqqət yetirin, sərin olmasın.
Qatlı yerləri daha yaxşı silməli və qurutmalısınız. Bu hissələr nəmli qalmamalıdır.Qoltuqaltı da eyni şəkildə yaxşıca qurulanmalıdır.
Göbək baxımı üçün həkiminizin təyin etdiyi dərmanlardan istifadə etməlisiniz.

Dırnaq kəsmə

Körpələrin dırnaqlarını kəsmək analar üçün çətin bir işdir. Körpənizin dırnaqlarını kəsmək vacibdir, yoxsa o öz üzünü cıza bilər. Körpənizin dırnaqlarını yatarkən kəsə bilərsiniz. Dəyirmi uclu qayçıdan istifadə edin. Əl dırnaqlarını bir qədər dairəvi, ayaq dırnaqlarını da düz olaraq kəsmək lazım olduğunu unutmayın.

Körpə vannası

Körpənizi ilk yuyundurarkən əlləriniz titrəyə bilər. Hətta onun əlinizdən sürüşüb düşərəcəyini belə fikirləşə bilərsiniz. İlk aylarda həyat yoldaşınızın və ya digər bir şəxsin köməyinə ehtiyacınız ola bilər.
Əvvəlcə, körpənizi eyni saatda yuyundurmağınız onun öz rejimini bilməsi üçün çox vacibdir. Rahatlanması baxımından da ən uyğun vaxt gecə yuxusundan əvvəldir.
Yuyundurarkən körpəniz nə çox ac, nə də çox tox olmalıdır.
Yuyunduracağınız yerin temperaturu çox vacibdir. Lazım olarsa əvvəlcə bir qədər isidin.
Körpənizin göbəyi düşməyibsə, onu su içində saxlamayın. Davamlı axan su ilə yuyundurmağınız vacibdir. Beləliklə göbəyin iltihablanmasına səbəb olmazsınız. Körpəniz bir qədər böyüdükdən sonra onu hovuz kimi doldurulmuş vannada yuyundura bilərsiniz.
29,5 dərəcəlik su temperaturu körpənizi yuyundurmağınız üçün uyğundur. Suyun temperaturunu ölçəcək cihazınız yoxdursa, dirsəyinizi suya salaraq temperaturun uyğunluğunu yoxlaya bilərsiniz. Dirsəyinizə nə isti, nə də soyuq gəlmirsə yaxşıdır.
Bütün ləvazimatlar hazır olsun. Sonra körpənizi soyundurun. Qaynadılmış və soyudulmuş suya batırılmış pambıqla gözlərini, ağzını, burnunu silə bilərsiniz. Bunu yuyundurmamışdan əvvəl edəcəksənizsə, körpənizi soyundurulmuş halda saxlamayın, dəsmala sarın.
İki nəfərsənizsə, biriniz körpəni tutun, digəriniz sabunlayıb və su tökün. Belə olarsa, daha asan olar.
Tək isəniz körpənizin əvvəl başını yuyun. Bunun üçün körpənizi dəsmala sarılmış halda da saxlaya bilərsiniz. Göz acılandırmayan şampundan istifadə edin. Çobanyastığı və bal tərkibli şampunlar körpənizin olduğu qədər sizin də xoşunuza gələcək. Daha sonrakı aylarda istifadə edəcəyiniz kremli şampun da körpənizin saçlarını qidalandıracaq və yumşaldacaq.
Növbə gəldi bədənə. Körpənizi tutmaq üçün sizə uzaq olan çiyninin altından qolunuzu sararaq tutun. Boş əlinizlə də onu yuyundurun.
Yuyundurmanı bitirdikdən dərhal sonra dəsmala sarıb onu yuyundurduğunuz yerdən daha sərin bir yerə aparmayın.
Körpələrin bədən temperaturu çox tez dəyişdiyindən ən çox 5 dəqiqə ərzində körpənizi yuyundursanız yaxşı olar.
Körpəniz oturmağa başladığı andan körpənizi yuyundurmağınız daha zövqlü hala çevriləcək, yuyundurma müddəti də uzanacaq.


Tarix: 03.01.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Körpəyə qulluq