beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq əmizdirən analar kölədir?

Fransa prezidenti anaları niyə hirsləndirdi?
Fransa prezidenti Nikolya Sarkozi Parisdəki ailələrə yardım fondlarından birində gənc analarla danışarkən, arvadı Karla Bruninin bir aylıq körpəsi Culiyanı əmizdirmək üçün əziyyət çəkdiyindən şikayətlənib.

"Karla qızımızı əmizdirir. Məncə, körpənin ana südü ilə bəslənməsi uşağın allergiyaya və xəstəliklərə dayanıqldı olması baxımından yaxşıdır. Amma körpəni əmizdirmək ana uçün zövqlə yanaşı, köləlikdir. Biz atalar çağamızı yemləmək məcburiyyətində deyilik. Buna rəğmən, gecələr sərvaxt qalaraq arvadımın yanında oluram", - Sarkozi deyib.

Fransa dövlət başçısının bu sözləri ölkədəki anaları yaman hirsləndirib.

Parisdəki populyar News de Stars saytı yazıb: "Görünən budur ki, Sarkozi seçicilər arasında daha populyar olmaq istəyir. Amma o, qadını az qala ikinci dərəcəli insan kimi gördüyünü gizlətmir".

Londondakı "Övladlarını əmizdirən analar" hərəkatı isə bəyan edib: "Anaları körpələrinə süd verməyə sövq etməyə onsuz da çətinlik çəkirik. Sarkozinin belə bəyanatları isə qadınları daha da cəsarətsiz edir".


Tarix: 03.01.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Körpəyə qulluq