beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOGUSDAN SONRA BUNLARA EMEL EDIN..

1) Doğuşdan sonra pəhriz saxlaya bilərəmmi?
Doğuşdan sonra balanslı bəslənməniz və çəkinizi nəzarətdə saxlamanız körpəniz üçün keyfiyyətli süd istehsalı baxımından olduqca əhəmiyyətlidir. Meyvə, tərəvəz, süd məhsulları və bol maye ehtiva edən balanslı bir bəslənmə proqramına ehtiyac vardır. Əmizdirmə dövründə analar aşağı kalorili arıqlama dietası saxlamaqdan qətiliklə imtina etməlidirlər.

2) Əvvəlki çəkimə nə vaxt qovuşacağam?

Doğuşdan sonrakı dövrə aid bir yanlış məlumat 2 kilodan çox çəkini itirmənizdir. Buna görə də sürətli arıqlamağınızı təmin edən pəhriz proqramlarından çəkinməlisiniz.

3) Nə vaxt əvvəlki kimi duş qəbul edə bilərəm?

Əgər normal doğuşlardan sonra dərhal, keysəriyyə ilə doğuşlarda isə 2 gündən sonra ayaqüstə duş ala bilərsiniz. Bununla yanaşı, vanna qəbul etməyi düşünürsünüzsə, vannanın təmizliyinə diqqət yetirilməlidir. Vagina içərisinə adətən su daxil olmayacaq. Lakin xüsusilə vagina içini yumaq məsləhət deyil.

4) Hamiləlikdən qorunmaq lazımdırmi?

Doğuşdan sonra yumurtlamanın yenidən başlama müddəti gecikir. Əmizdirən analarda 8 həftə, əmizdirməyən analarda isə bu müddət 5 həftə qədərdir. Aybaşı olduqdan sonra qorunmağa başlaya bilərsiniz. Aybaşı olmayan qadınlarda və körpələrinə yalnız ana südü verənlərdə əmizdirmənin hamiləliyi ilk altı ay 98% qoruduğu ifadə edilsə də, qəti qorunma ehtiyacı yoxdur. Bu səbəblə aybaşı olduqdan sonra qorunmağa başlamanız lazımdır.

5) Dərmandan istifadənin uşağa zərəri olurmu?

Əmizdirərkən istifadə etdiyiniz dərmanların bəziləri ana südünə keçir. Bu səbəblə dərman istifadə etmədən əvvəl mütləq həkiminizə məsləhətləşməlisiniz.

6) Özümü çox yorğun və yuxusuz hiss edirəm nə etməliyəm?

Doğuşdan sonra hər nə qədər yataq rejimi məsləhət görülməsə də, istirahət etmək çox önəmlidir. Gecələri nizamlı yuxu yatmadığınız üçün gün ərzində mütləq ən az 2 saat istirahət etmək lazımdır. Ev işlərini müəyyən müddət təxirə salmanız tövsiyə edilir.


Tarix: 03.01.2015 / 10:46 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Körpəyə qulluq