Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

USAQLARIMIZIN YASINA UYGUN KITAB VE OYUNCAQLAR

Ümumiyyətlə, valideynlər uşağının yaşına uyğun kitab və oyuncaq seçərkən çətinlik çəkirlər. Buna görə də sizə kömək üçün oyuncaq və kitab seçmə meyarlarını təqdim edirəm.
Kitab seçərkən
Uşaqlar üçün kitab seçərkən onun inkişafına uyğun olanları seçməlisiniz. Kitabın dili, şəkilləri, böyüklüyü, yazılış şəkli, məzmunu, qorxuducu elementlərin olub-olmadığına diqqət yetirilməlidir. Əgər mümkünsə, öz yaş qrupuna aid olan kitablardan özünün seçməsini istəyin. Xüsusilə mövzuları ictimai məzmunlu olan, təlimçi və maraqlı kitablar seçmənizdə fayda vardır.
Yaşlara görə kitab seçimi
0-2 yaş
Parlaq səhifəli
Qalın səhifəli
Rəngləri canlı
İri şəkilli
Səsli kitablar
3-5 yaş
Bol şəkilli, az sözlü kitablar
Heyvan, oyuncaq, nəqliyyat vasitəsi kimi tanış obyektlərin şəkilləri
Nağıl kitabları
Qısa hekayələr
6-8 yaş
Əvvəlki yaşa görə bir az daha uzun hekayələr
İçində 3-4 xarakterin olduğu səsləndirilmiş hekayələr
Xəbər verən hekayələr
İzlədiyi cizgi filmlərindən uyğunlaşdırılmış hekayələr
Peşələrlə əlaqədar kitablar
Təbiət və heyvanları izah edən kitablar
Şəkilləri qarışıq və detallı olan kitablar
9-12 yaş
Zövqünə uyğun kitablar
Maraq oyandıran elmi kitablar
Klassiklər
Oyuncaq seçərkənOyuncaq seçimində ilk olaraq yaşına uyğun, inkişafını dəstəkləyən ünsürlərə diqqət yetirilməlidir. Oyuncağın şəkli, rəngi, səsi, emal edildiyi maddəsi, keyfiyyəti diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlərdir. Oyuncaqlar yaxşı mühafizə edilməlidir. Tez-tez təmizlənməli, batareyalı oyuncaqlarda batareyanın xarab olub-olmadığına nəzarət edilməlidir. Yaşa görə təklif etdiyimiz oyuncaqlar:
0-3 yaş
Səs çıxaran oyuncaqlar və zınqırovlar
Rəngli halqalar
Yumşaq oyuncaqlar (ayı, it kimi..)
Dişlik
İç-içə keçməli plastik qutular
Tullanan oyuncaqlar
3-6 yaş
Kəşf etməyə istiqamətli oyuncaqlar
Mətbəx oyuncaqları
Həkim-müayinə oyuncaqları
Domino
Naxış düzəltmək üçün plastik mismarlar
Tarazlıq oyuncaqları
Çox istiqamətli oyuncaq mebellər
Taxta nəqliyyat vasitələri
Şəkil ştativi
Kukla teatrı
Təkərli oyuncaqlar
Atlama ipi
Musiqi ritm alətləri
Nizamlı oyunlar
Oyun xəmiri
Ayna
Qayçılar
Yazı taxtası
Bağça oyuncaqları
6-8 yaş
Tarazlıq konkiləri
Toplar
Maketlər
Boya növləri
Nizamlı oyunlar
Dama
Yumşaq oyuncaqlar
9-12 yaş
Kompüter oyunları
Nizamlı oyunlar
Maketlər
Mühakiməyə söykənən oyunlar
İdman fəaliyyətləri (voleybol, tennis, üzgüçülük kimi)


Tarix: 03.01.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Körpəyə qulluq
loading...