beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim İnandı?

(verse: AiD)
Gözümün üstündə yerin var, yalandan demirəm,
Yerin var uzağı ayağımın altında.
Diş çöpü gəzdirə-gəzdirə,
Anladım ki, məni başa düşür o.
Çoxundan da çox, səsimdən də qorx,
Hələ çox söz yazılacaq ki, siz boş durmayasız,
Yuva qurmayasız, ağaclar da bütün yerləri tutubdu qarğalar.
Bişirənlərdən yığılan qan damlalar,
Verdik biz xeyriyyəyə.
Narahat olmayın biz pis hiyləyə,
Ayağını geyin birdən pis iy gələr.
Hələ çox görəcəksiz bizim konsertdə keçi başı,
İşə sal başı, tap şifrəni,
Bu da sənı yeni dedi-qodu mövzusu,
Həyata rəng qatmaq çoxunun arzusu.
Ala kist, ala qara-qırmızı rənglə,
Şəffaf həyatın ala məğzini rənglə,
Bel götür bellə, qəbirivi yellə,
Gəzə bilmirsən, heç olmasa iməylə..

(Nəqarət: Jamal Ali)
Uca dağlar aşdım, çox nağıl danışdım,
Kim inandi, kim yox,
Biri var, biri yox..(x2)


(verse: Jamal Ali)
Dediler ki,sus,
Dediler ki,yaz,
Susuram, susuram birden yazıram!
Ey mənim mötəbər fanatlarım,
Bu tracki sizə qəbirdən yazıram,
Axir ki, çatdız arzuvuza,
Gedin deyin dostuvuza, tanışıvıza.
Bezdiribdi söz-söhbətlər,
İnsan nə qədər ət tökər ?!
Jamal Ali qaçıb, Jamal Ali ölüb,
Jamal Ali tutulub, asılıb, döyülüb.
İndi Sibirdədi, yox Kamçatkada,
Cənnətdə çay içir, onunla Kafkada.
Xətrimi çox istə, xətrin xoş olsun,
Əsas odu ki, başın boş olsun.
Varsa inamın, hər sözə inan,
Nağıllarla yaşa, xəlbir saman,
Tutanlar tutub sözümün canın,ı
Zəli kimi sormayın qanımı.
Arada yazacam səs-küy salmayın,
Dersivizi oxuyun avaralanmayın!=)

(Nəqarət: Jamal Ali)
Uca dağlar aşdım, çox nağıl danışdım,
Kim inandi, kim yox,
Biri var, biri yox..(x2)


Tarix: 30.03.2015 / 10:03 Müəllif: Aziza Baxılıb: 271 Bölmə: Host