beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər

• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.” (İbrahim Canan, Hədis Ensiklopediyası, C. 14, səh. 363)

363)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, yalan söyləməyi və yalanla iş görməyi tərgitməzsə, o adamın yeməsini, içməsini tərk edib ac qalmasına(oruc tutmaq qəsd edilir) Allahın ehtiyacı yoxdur.” (Səhihi-Buxari, “Kitabus-Savm”, c. 2, səh. 228; Sünəni Əbu Davud, Kitabu Savm, 2362)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Müsəlman Müsəlmanın qardaşıdır; ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz buraxmaz... Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır...” (Səhihi-Müslim, Kitabul-Birr vəs-Sila, 2564; Sünəni-Tirmizi, Babül-Birr vəs-Sila, 1992.)

• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yalan, insanı həddi aşmağa götürür; həddi aşmaq da atəşə götürür. İnsan yalan söyləməyə davam edər və daima yalanı araşdırarsa (hər şeydə yalançılıq edərsə) sonunda Allah qatında “yalançı” olaraq qeyd edilir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəbi, 4989; Sünənüt-Tirmizi, Babül-Birr, 1972.)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir.” (Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4773.)

• Səid ibn Zeyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən çox vəbal və günaha səbəb olan şey, Müsəlmanın namusunu (namus və şəxsiyyətini) narahat etməkdir.” (Sünənü Əbi Davud, Kitabul Ədəb, 4876.)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların ən şərlisi, bir qrup insanın yanına bir üzlə, başqa bir qrup insanların yanına isə başqa bir üzlə gələn ikiüzlülərdir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 87.)

• Əsma Bint Yeziddən rəvayət edildiyinə görə o, belə demişdir: Hz. Peyğəmbər (s.ə.s); “Sizə, ən pislərinizi xəbər verimmi?” dedi. Oradakılar; “Bəli, xəbər ver!” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Dedi-qodu edənlər, bir-birlərini sevən insanların arasını pozanlar, insanları bir-birindən ayrı düşürmək istəyənlər.” (Əxlaqi Hədislər, C. 1, səh. 338)

• Hüzeyfə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Söz gəzdirən adam cənnətə girə bilməyəcək.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 86; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4771; Sünəni-Tirmizi, Babül-Birr, 2027.)

• Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsulullah (s.ə.s); “Qeybət nədir, bilirsinizmi?” deyə soruşdu. Oradakılar; “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qeybət, din qardaşını, onun xoşuna gəlməyəcəyi bir sözlə anmaqdır”. Oradakılardan biri; “Söylədiyim şeyin, qardaşımda mövcud olduğunu görürsəm yenə qeybət olarmı?” deyə soruşanda Rəsulullah belə buyurdu: “Əgər söylədiyin şey, qardaşında varsa qeybət etmiş olarsan. Əgər söylədiyin şey onda yoxsa ona iftira atmış olarsan.” (Səhihi-Müslim, Kitabul-Birr 2589; Sinənü Əbi Davud, Kitabul-Ədəb, 4874; Sünənit-Tirimizi, Babül-Birr, 1935.)


Tarix: 26.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Hedisler