Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Səhih Qüdsi hədislər (Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar)diridirlər) ay

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: «Kaş ki, qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydılar». Allah : «Mən sizin dediklərinizi onlara bildirərəm!» - dedi və bu ayələri Öz elçisinə nazil etdi: «Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər» (Ali-İmran 169)».

(Əbu Davud 2158, 2520, 2522. əl-Albani səhih olduğunu bildirmişdir.)

Rəvayət edilir ki, Məsruq 9r.a) demişdir: «Abdullah ibn Məsuddan (r.a) Allahın: «Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir» (Ali-İmran 169) - ayəsi haqqında soruşduq, o da belə cavab verdi: «Biz də bu haqda Peyğəmbərdən (s.a.v) soruşduq o da belə buyurdu: «Onların (şəhidlərin) ruhları yaşıl quşların içindədir. Bu quşlar üçün Ərşdən qəndillər asılmışdır və onlar Cənnətdə istədikləri yerə uçurlar, sonra həmin qəndillərə qayıdırlar. Rəbbləri onlara nəzər salıb buyurur: «Bir şey istəyirsiniz?» Onlar deyirlər: «(Artıq) nə istəyə bilərik ki, Cənnətdə istədiyimiz yerə uçuruq». Allah onlardan bunu üç dəfə soruşur. Onlar da buna cavab verməkdən boyun qaçıra bilməyəcəklərini görəndə: «Ey Rəbbimiz! Biz, ruhumuzun cəsədlərimizə qaytarmağını və sənin yolunda yenidən öldürülməyimizi istəyirik» - deyə cavab verirlər. Allah, onların ehtiyacı olmadığını görəndə, onları tərk edir».

(Muslim 1887 (3500, 4993)


Tarix: 24.04.2013 / 22:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Hedisler
loading...