Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Fatihə surəsinin fəziləti)

Ubeyy ibn Kəb (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Uca Allah buyurur): «Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir».
(İbn Hibban 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih saymışdır.)

Əbu Hureyra (s.a.v) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qıldığı namazda Quranın anasını oxumayan kimsənin namazı qəbul deyildir!» - hədisini rəvayət etdikdən sonra bəziləri ondan: «Axı biz imamın arxasında dururuq!» - deyə soruşdular. O dedi: «Sən onu astadan oxu. Çünki mən Peyğəmbərin  belə dediyini eşitdim: «Uca Allah buyurur ki: «Mən namazı Özümlə qulum arasında iki qismə böldüm və qulum da dilədiyini alacaqdır». Qul: «Əlhəmdulilləhi Rabbil-Aləmin!» - (Həmd olsun aləmlərin Rəbbi Allaha!) - dedikdə, Allah: «Qulum Məni həmd-səna ilə təqdis etdi» - deyir. O: «Ərrahmənirrahim» - (Mərhəmətli və Rəhmliyə) - dedikdə, Allah: «Qulum Məni təriflədi» - deyir. O: «Məliki yəumiddin» - (Haqq-hesab gününün Hökmdarına!) - dedikdə, Allah: «Qulum Məni mədh etdi» və ya «Mənə arxayın oldu» - deyir. O: «İyyəkə nə'budu və iyyəkə nəstəin» - (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) - dedikdə, Allah buyurur: «Bu, Mənimlə qulumun arasında iki hissəyə bölünəcək və o, dilədiyini alacaq». O: «İhdinəs-sıratal-mustəqim, sıratalləzinə ən'amtə aleyhim, ğeyril-məğdubi aleyhim valəddallin!» - (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox) - dedikdə, Allah buyurur: «Bu, quluma məxsusdur və o, dilədiyini alacaqdır!»

(Muslim 395, 598, 904; İbn Hibban 1795; Əhməd 9934, 10190; ət-Tirmizi 2953; Əbu Davud 821.)


Tarix: 24.04.2013 / 22:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Hedisler
loading...