beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər(övladı ölən və buna səbr edənin fəziləti)

Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: «Qulumun uşağınımı aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Allah soruşur: «Qulumun ürəyinin meyvəsinimi aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Sonra Allah buyurur: «Qulum nə dedi?» Onlar deyirlər: «Sənə həmd və istirca etdi»
.( Yəni belə demək: «İnnə lilləhi və innə ileyhi raciun»-biz Allaha məxsusuq və Ona da qayıdacağıq!)
Allah buyurur: «Quluma Cənnətdə bir ev tikin və adını da «Həmd evi» qoyun!»
(ət-Tirmizi 1021, 1037. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 795) səhih olduğunu söyləmişdir.)


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman (valideyn) yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: «Cənnətə girin!» Onlar deyəcəklər: «Atalarımız daxil olmayınca (biz girmərik)». Onlara deyiləcək: «Siz də, atalarınız da Cənnətə girin!»
(ən-Nəsai 1853, 1876, 1887. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 5780) və «Sahihut-Tərğib vət-Tərhib»də (? 1997, 2003) səhih adlandırmışdır. )


Tarix: 23.04.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Hedisler