beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Heç Kəsin Haqqı Qalmaz)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm edəcək və o gün hətta buynuzlu ilə buynuzu qırılmış heyvanlar arasında (buynuzunu nə üçün sındırdığı barədə) hökm verəcək. Heç kimin heç bir kimsə üzərində haqqı qalmadıqda Allah deyəcək: «Torpaq olun!» Elə bu zaman kafir deyəcək: «Kaş mən torpaq olaydım!» (ən-Nəbə 40)».

(İbn Cərir «Təfsir» 30/ 17-18. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1966) səhih olduğunu bildirmişdir.)

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.v) əshabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə bir dəvə aldım və yola götürəcəyim azuqəmi ona yüklədim. Sonra (ona minib) bir ay yol getdim. Nəhayət gəlib Misirə çatdım. Mən Abdullah ibn Uneysin (r.a) evinə gəlib qapıda duran gözətçiyə dedim: «Abdullaha de ki, Cabir qapıda gözləyir!» Gözətçi: «Abdullahın oğlu (Cabir)?» - deyə soruşdu. Mən: «Bəli!» - dedim. O, gedib Uneysə (r.a) xəbər verdi. Uneys (r.a) libasını geyinib bayıra çıxdı və biz qucaqlaşıb görüşdük. Mən ona dedim: «Sənin Peyğəmbərdən  qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini mənə xəbər verdilər və mən qorxdum ki, bu hədisi eşitməzdən əvvəl ikimizdən birimiz ölək». Abdullah  dedi: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: «Allah, insanları lüt-üryan, sünnət olunmamış halda və bühm vəziyyətində məhşərə toplayacaq». Biz: «Bühm nədir?» - deyə soruşduq. O buyurdu: «Onların heç nəyi olmayacaq. Sonra onları, yaxında və uzaqda olan hər kəsin eşidə biləcəyi uca bir səslə çağırıb deyəcək: «Mənəm Hökmdar! Mənəm Hakim! Cənnət əhlindən - haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cənnətə girə bilməz. Həmçinin Cəhənnəm əhlindən - haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cəhənnəmə girə bilməz. (Onlar) bir şillənin (belə qisasını alacaqlar)». Biz dedik: «Bu necə ola bilər? Axı biz Allahın hüzuruna sünnət olunmamış halda, heç nəsiz gələcəyik». Peyğəmbər (s.a.v) : «Savablar və günahlarla» - deyib bu ayəni oxudu: «Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz» (Ğafir 17)».

(Hakim 3638; əl-Buxari «Ədəbul-Mufrad» 970; Əhməd 15464, 16085, 16465. əl-Albani həsən olduğunu bildirmişdir.)


Tarix: 23.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Hedisler