beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan qruplarının irsən keçməsi

Uşağın qan qrupu onun anası və atasının qan qruplarından asılıdır. Qanın bəzi xüsusiyyətlərinə görə, tibbdə 4 qan qrupu seçilir:
I-ci (0), II-ci (A), III-cü (B) və IV-cü (AB). Ana və atanın qan qrupları eyni və ya müxtəlif olduqda, uşaqların qan qrupları da müxtəlif ola bilər. Misal üçün, ananın və atanın qan qrupları I və IV olduqda, onların uşaqlarında ya II-ci ya da III-cü qan qrupu ola bilər.






Valideynlərin qan qruplarına uyğun olaraq uşaqların qan qruplarının irsən alınması
Valideynlərin qan qrupları
Uşağın qan qrupları: mümkün variantlar (%-nən)
I + I
I (100 %)
-
-
-
I + II
I (50 %)
II (50 %)
-
-
I + III
I (50 %)
-
III (50 %)
-
I + IV
-
II (50 %)
III (50 %)
-
II + II
I (25 %)
II (75 %)
-
-
II + III
I (25 %)
II (25 %)
III (25 %)
IV (25 %)
II + IV
-
II (50 %)
III (25 %)
IV (25 %)
III + III
I (25 %)
-
III (75 %)
-
III + IV
-
II (25 %)
III (50 %)
IV (25 %)
IV + IV
-
II (25 %)
III (25 %)
IV (50 %)
Nəzərinizə çatdıraq ki, bəzən (çox nadir hallarda olsa da!) bu qanuna uyğun olmayan variantlar (istisnalar) da mümkün olur. Buna bombey fenomeni deyilir.


Tarix: 24.12.2014 / 12:15 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Hamiləlik