beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələrdə qaz sancısını aradan qaldırma üsulları

Körpələrdəki qaz sancısı ana üçün yuxusuz gecələr, körpə üçün çətin keçən,səmərəsiz yuxular mənasını verir. Gəlin qaz sancısını aradan qaldırma yollarına bir nəzər salaq...Əksər hallarda doğum sonrası 1-ci,2-ci həftələrdən sonra başlayan qaz sancısı, 6-cı aya qədər bəzi ailələr üçün çətin günlərin başlanğıcı ola bilər.


Qaz sancısını aradan qaldırmağın yolları:

* Körpənizi mümkün qədər ana südü ilə bəsləyin. Ana südü körpələrin həzm sisteminə ən uyğun, ən təbii qidadır. Erkən dövrdə başlanan əlavə qidalar qaz sancısına səbəb ola bilər.

* Körpələrə şəkərli su içirilməsi, əmziklərin bala və ya bəkməzə batırılaraq verilməsi, çox erkən aylarda nişastalı qidalara başlanması, meyvə sularının gərəyindən çox içirilməsi və ya verilən meyvələrin tam yetişməməsi qazı artıra bilər. Gərəyindən çox su içirilən və ya əksinə, kifayət qədər su verilməyən körpələrdə də qaz çox olar.

* Uzun müddət açıqda qalan yeməklər (xüsusilə süd və südlü yeməklər), yaxşı təmizlənməmiş şüşə - qaşıq və əmziklər, uzun müddət qapağı bağlanılmamış siroplar (vitaminlər, antibiotiklər, qızdırma salıcı, ağrı kəsicilər) sadə mikrobik çirklənmələr səbəbiylə qaz yarada bilər.

* Əmizdirmə aralığınızı ən az 2 saat olaraq nizamlayın. Tez-tez əmən körpələrdə həzm edilmiş və həzm edilməmiş süd qarışaraq qaz yarada bilər.

* Körpənizi həddindən artıq isti və ya soyuq mühitlərdə saxlamamağa diqqət edin.

* Körpənizi dar paltarlarla, üst üstə geydirməyin.

* Yemək hazırlayarkən təmizlik qaydalarına riayət edin.

* Körpənizin qazını hər qidalanmadan sonra çıxardın.

* Körpənizə arada razyana çayı verə bilərsiniz.

* Körpənin altının uzun müddət yaş buraxılması, olduğu mühitin həddindən artıq isti və ya soyuq olması, uzun müddət eyni mövqedə yatırdılması qazı artıra bilər.

* Körpənin qundaqlanması və hərəkət qabiliyyətinin məhdudlaşdırılması qazı artıra bilər.

* Anaların da süd verərkən qaz edən qidalardan (süd, şokolad, kələm, çiy meyvə və tərəvəzlər...) qaçınması tövsiyyə olunur.

Körpənin qaz sancısını yox edə bilmək üçün tək bir doğru üsul yoxdur. Hər körpə ayrıdır. Birini rahatlaşdıran üsul digərində heç işə yaramaya bilər. Aşağıdakı üsulları sınaya bilərsiniz:

* Yumşaq bir ədyala bükmək

* Qucaqlayıb sarılmaq

* Layla, mahnı oxumaq

* Musiqi dinlətmək

* Qucaqda və ya beşikdə yelləmək

* Qarınını ilıq yağ ilə masaj etmək

* Qarınına ilıq dəsmal qoymaq

* İlıq bir duş qəbul etdirmək

* Körpə avtomobilində irəli geri gəzdirmək

* Öz avtomobilinizə mindirib gəzdirmək

* Əmzik vermək

* Ayaqlarını dizləri bükülü bir şəkildə qarınına doğru aparmaq

* Az miqdarda razyana və ya çobanyastığı çayı içirtmək

* Titrəşməli ev alətlərinin səslərini dinlətmək (tozsoran, saç qurutma feni və s.)


Tarix: 06.12.2012 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 763 Bölmə: Hamiləlik