beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilələr üçün stil və gözəllik təklifləri

Hamilə olsanız belə çox qəşəng görünə bilər və öz stilinizə uyğun rahat paltarlar seçim edə bilərsiniz.

Hamiləlik müddətində yaşanan çətinlikləridən biri də üzərinizə uyğun paltar tapa bilməməkdir. Çox növü olmayan hamilə paltarlarıyla, həm rahat əmək, həm də qəşəng görünmək çox vaxt mümkün olmur. Sizə hamiləlik müddətində, rahatlığınızı təmin edəcək və stil sahibi ola bilməniz üçün bəzi təkliflər:
Sinə dekoltesi
Hamiləlik müddətində, qarınınız böyüyərkən, sinələriniz də bir iki bədən böyüyəcək. Xüsusilə daha əvvəlində kiçik sinəli olmaqdan şikayət edənlərdənsinizsə, böyük və seksual sinələrinizin dadını çıxarın. Sinələrinizi daha çox gözəl göstərmək üçün, dəstəkli və keyfiyyətli bir büsqalter əldə edin, boyunuzu və dekoltenizi açıqda buraxacaq, paltarları və bluzları seçin.
Parça
Jersi parça, hamilə paltarlarında ən çox seçilən materialdır. Jersidən biçilmiş bir paltarın içində özünüzü çox rahat hiss etdiyiniz kimi, çox da gözəl görünə bilərsiniz. Ayrıca, bu parça, bədəninizdəki dəyişmələrə görə, əsnəyərək, bədən şəklinizi alır. Bu müddətdə, prioritetiniz rahatlıq olacağı üçün, jersi parçadan tikilmiş paltarları seçmənizi tövsiyə edirik.
Sadəlik
Hamiləlik dövrünüz üçün, şkafınızı nizamlarkən, klassik və ana parçalara fokuslanmağı unutmayın. Cins, qara paltar, uzun rahat paltarlar, qısa və uzun tişörtler kimi klassik paltarlar, mütləq şkafınızda var. Bu paltarları, şallar şarflar və jiletlərlə birlikdə istifadə edərək, zəhmət çəkmədən həm müxtəliflik, həm də qəşənglik yarada bilərsiniz.
Aksesuarlar
Hamiləlik dövründə hazırlayacağınız şkafı, bol bol rəngli aksesuar ilə doldurun. Yuxarıda bəhs etdiyimiz klassik paltarlar ilə birləşdirəcəyiniz, dəyişik aksesuarlar, rəngli çantalar və ayaqqabılar sayəsində, hər gün başqa bir kombin yaradaraq həm qəşəng, həm də rahat ola bilərsiniz. Hər gün eyni paltarları seçsəniz belə, istifadə edəcəyiniz dəyişik aksesuarlar, paltarınızı tam fərqli hala gətirəcəklər.
Qaranın zadəganlığı
Bu mövsümün moda rəngi nə olursa olsun, qara hər vaxt öndə gələn rənglər arasındadır. Qaralar içində, qəşəng görünməmək mümkün deyil.
Ehtimalla şkafınızda bir çox qara paltar, çanta və ayaqqabı vardır. Bu qara paltarlar, az qala hər parça ilə birləşdirilə bilər və hər yerə geyilə bilər. Göbəyiniz, sinələriniz və bədəninizin az qala hər yanı böyüməyə davam edərkən, sizi ən zəif və qəşəng göstərəcək rəng ehtimalla qaradır. Bundan ötəri qaradan imtina etməyin. İstifadə edəcəyiniz bir neçə rəngli aksesuar ilə hamilələrin də nə qədər qəşəng ola biləcəyini hər kəsə göstərə bilərsiniz.

Hamiləykən də girdiyiniz hər mühitin ən qəşəng qadını ola bilər və özünüzü daha yaxşı hiss edə bilərsiniz. Bunun üçün sizə yuxarıda verdiyimiz tövsiyələrə uyğun geyməniz kifayətdir.
012345
(səs: 0)
21-10-2014, 12:00FərişŞərhlər: 19Baxılıb: 836Geriyə
Hündür görünmək üçün necə geyinmək lazımdır?
Hündür görünmək üçün necə geyinmək lazımdır?
Qısa boylu xanımların geyim tərzi necə olmalıdır?
Qısa boylu xanımların geyim tərzi necə olmalıdır?
Yağışlı səhərlərdə sevinciniz yerinə gəlsin
Yağışlı səhərlərdə sev


Tarix: 23.11.2014 / 22:01 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Hamiləlik