beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana və körpə

Analar, körpələri doğulduğunda nə qədər kitab oxuyurlar oxusunlar, hətta anaları, qayınanaları, rəfiqə və bacılarından körpəyə qulluq mövzusunda dəstək alsalar belə, körpələrini böyüdərkən 10-larla sualla qarşılaşırlar. Bu sualların cavabsız qalması narahatlıq yaradır.



Anaların körpəyə qulluğunda artıq mifə dönmüş məlumatlar haqda gerçəkləri bir mini-kitabça şəklində burada topladıq.

1. Əmizdirən ana üşüdükdə öz qarnı ağrıyar, körpəyə bir şey olmaz!

Ana üşüdükdə ən çox öz qarını ağrıyar, çünki soyuqda bağırsaq spazmları və hərəkətləri sürətlənir, bu da qarın ağrısı olaraq hiss edilir. Ancaq bu fiziki vəziyyətin süd yolu ilə körpəyə keçməsi narahatçılıq üçün mövzu ola bilməz.

2. Ana Qazlı İçki içərsə körpədə qaz olmaz

Qazlı içkilər, tərkibində sıxışdırılmış karbondioksid olan mayelərdir. Bunlar içildiyində ortaya çıxan sərbəst karbondioksid mədədə qaz baloncuqları şəklində qabarıqlığa gətirib çıxarır. Ancaq bu qaz baloncuqlarının süd yolu ilə körpəyə keçməsi fiziki olaraq qeyri-mümkündür. Eyni şəkildə qazlı qidaları yediyində ananın bağırsaqlarında olan bakteriyalar, bu qidaları (güclü probiotik və prebiotik tərkibli qidalar) fermentləşdirmə zamanı ortaya çıxan qazlar anada qaz olaraq hiss edilə bilər. Ancaq bu qaz baloncuqlarının da süd yolu ilə fiziki olaraq körpəyə keçməsi haqda söhbət ola bilməz. Ananın yediyi yeməklərin içində olan bəzi allergik protein və kimyəvi maddələrin süd yolu ilə körpəyə keçib, körpədə allergik reaksiya və qarın ağrısı meydana gətirmə potensialı daha çoxdur. Amma bu yalnız həssas körpələrdə və nadir olaraq meydana gələr.

3. Körpənin nəcisi yaşıl rəngdədirsə onu araşdırmaq lazımdır

Körpənin nəcisinin yaşıl rəngdə olmasının bir çox səbəbləri ola bilər. Ən əsas səbəb bağırsaq keçilməsinin sürətlənməsidir. Bağırsaq hərəkətini artıran hər cür fiziki və kimyəvi faktor körpənin nəcisinin yaşıl olmasına səbəb ola bilər. Bu, xüsusilə də nəzərə çarpmayan bir səbəbdən də baş verir.

4. Ana stress keçirdiyində südü azalır

Ənənəyə əsaslanaraq, saysız qida, içki və bitki çayları süd ifrazını artıranlar kimi təyin olunmuşdur. Ancaq elmi olaraq sübut edilmiş və hər anaya eyni təsir göstərən xüsusi bir qida və ya içki, çox təəssüf ki, tapılmamışdır. Ana südünə təsir edən əsas faktorlar ananın struktur və genetik xüsusiyyətləri, əmizdirməyə mənəvi motivasiya, arzu və inancı, normal doğuş, qısa müddətdə körpəni əmizdirməyə alışdırması, anada ağrı, sancı, yorğunluq və stressin olmaması, doğru texnika ilə və tez-tez körpəsini əmizdirməsi, bol maye içməsi və balanslı qidalanmasıdır.

5. Dırnaqlarını kəsmək üçün uşağın “qırxı”nın çıxmasını gözləməyin

Körpənin dırnaqları, dırnaq yatağını keçdiyi vaxt kəsilməlidir, bunun üçün qırxını gözləməyə ehtiyac yoxdur. Bəzən körpə doğulduğunda dırnaqları kəsilə biləcək qədər uzun ola bilər.

6. Boğanaq havada hıçqırıq başlayır

Körpənin hıçqırmasının əsas səbəbi mədəyə düşən havanın diafraqmı tərpədməsidir. Sıxışmış bu hava kütləsi gəyirilib çıxana qədər hıçqırıq davam edər.

7. Göz yaşarması göz pərdəsinin qıcıqlanması deməkdir

Körpənin göz yaşarması əksəriyyətlə mikrobik, allergik və ya fiziki bir faktorun göz pərdəsini qıcıqlandırması kimi ortaya çıxar. Bəzən də göz yaşı kanallarının doğuşdan sonra bağlı olmasından göz yaşının buruna axmasında çətinlik çəkməsi göz yaşarmasına səbəb ola bilər.

8. Ağlayan körpəni tez-tez qucaqlayın

Yeni doğulan körpənin dünyada yapayalnız, müdafiəsiz və çarəsiz olaraq, özünü əminlikdə və hüzur içində hiss edəcəyi tək mühit olan ana qucağından ərköyünləşəcəyi səbəbi ilə məhrum qalması necə də ağrılıdı! Körpələrinizi hər ağladıqlarında qucaqlayın.

9. Yeyən kimi kaka etməsindən qorxmayın

Bütün canlılarda olan refleksin yeni doğunlan cağadakı növü gastrokolik refleks - mədəyə bir qidanın düşməsində eyni zamanda qalın bağırsaqlar da hərəkətə keçərək bağırsaq içində olan nəcisin çölə atılması hadisəsidir. Son dərəcə sağlam və funksional bir müddətdir; qətiliklə həzm, ya da əmilmə pozğunuğunun işarəsi deyil.

10. Şirin suya öyrəşincə döşü rədd edir



Yeni doğulan körpənin süd ilə qidalanmasının çox böyük bir rolu olması qətidir. Ana südü qeyri-kafi olan körpələrdə sarılıq daha tez başlayır və daha uzun sürür. Suni qidalanma çağında əvvəlki illərdən qalma vərdiş olaraq, ac qalan körpənin heç olmasa şirin su ilə bəslənməsi qulağa məntiqli gələ bilər, ancaq indiki zamanda ana südünə yaxın suni qidalar olduğu üçün şirin su ilə körpənin bəslənməsi gərəksiz, hətta zərərli bir davranış ola bilər. Çünki şirin suyun dadına alışan körpə ana döşünü rədd edə bilər.

11. Körpənın ilk 3 ayında yalançı məmə verməyin

Ana-ataların ən böyük istəyi körpələrinin əmziyə alışdıraraq körpələrinin ağlama krizislərindən xilas olmasıdır. Həqiqətən də körpənin əmzik ilə sakitləşdirilməsi qısa müddət də olsa ailəyə nəfəs alma fürsəti verir. Ancaq körpənin əmziyi tutmaq üçün etdiyi dil, damaq, dodaq hərəkətləri ana döşünü əmərkən etdiyindən çox


Tarix: 22.12.2012 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1023 Bölmə: Hamiləlik