beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çərəz ye, aktiv yaşa

Demək olar ki, çərəzi sevməyən insan yoxdur. Bəs biz onun orqanizmimizə təsiri, faydaları haqqında kifayət qədər məlumatlıyıq? Mütəxəssislərin sözlərinə görə, bu qidanın tərkibində olan maddələrin ürək xəstəliyinə qalib gəlməkdən tutmuş, cinsi istəyi atrırmağa qədər bir çox faydası var. Amma hər şeyin çoxu zərərli hesab edildiyi kimi həddindən artıq çərəz yemək də səhhətimiz üçün təhlükəlidir. Bəs gün ərzində nə qədər çərəz yesək, kifayətdir? Bu sualın cavabı sizə də maraqlıdırsa, məqaləmizin davamını diqqətlə oxuyun.
Çərəzin- xüsusilə də fındıq, qoz ləpəsi və badamın tərkibində olan omega-3 yağı həm beyin, həm də ürək üçün faydalıdır. Onlar xalis enerji və yağ anbarı hesab edilir.
Çərəz sevən insanların diqqət etməli olduğu əsas məqamlardan birincisi, onun miqdarıdır. Avropa Xərçəng və Qida Araşdırmaları Mərkəzinin (EPIC) məlumatına görə digər insanlara nisbətən gündə ən az 7 qram çərəz yeyən insanların ürək böhranı keçirmə riski 25% daha aşğıdır. Britaniya Qida Araşdırmaları Mərkəzində həyata keçirilən araşdırmalara əsasən isə belə məlum olub ki, qabıqlı çərəzlər insan vücudunun istehsal edə bilmədiyi yağları özündə birləşdirir. Bu araşdırmanı həyata keçirən Lisa Miles müsahibəsində bildirib: ”Əgər gündəlik qida rasionunuza kifayət qədər çərəz daxil etməsəniz, bu zaman qanınızadakı xolestrolun səviyyəsi getdikcə artmağa başlayacaq. Bu isə öz növbəsində ürək böhranı və dəri xəstəliklərinə qarşı orqanizminizin müqavimətini aşağı salacaq. Çərəz yalnız ürək üçün xeyirli deyil, o eyni zamanda lif, protein, vitamin və müxtəlif minerallarla zəngindir”.
İspanyadakı Rovira Virgili Universitetində aparılan araşdırmalara görə isə bildirilib ki, badam, qoz və yer fındığının tərkibində olan maddələr insanda cinsi hormonların aktivlik dərəcəsini yüksəldir.
Araşdırmaçıların sözlərinə görə, çərəzin xeyirli tərəfi ilə yanaşı onun mənfi təsirləri də var. Belə ki gün ərzində həddindən çox çərəz yeməyiniz tez zamanda kökəlməyinizə səbəb ola bilər. Buna görə də daha yaxşı olar ki, gündəlik qida rasionunuza maksimum üç qoz, səkkiz fındıq və səkkiz badam daxil edəsiniz.


Tarix: 07.01.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Həkim baba