beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlişdin (film, 1898)

Məzmun
Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır.
Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin.

Film haqqında
Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.
"İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Kinolent barədə məlumat "Kaspi qəzeti"ndə verilmişdir.
Kinosüjet "Canlı Fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını (film, 1898)", "Əlahəzrət Buxara Əmirinin "Veliki Knyaz Aleksey" Paroxodunda Yolasalma Mərasimi", "Qafqaz Rəqsi", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.

Filmin heyəti

Filmin üzərində işləyən
Ssenari müəllifi : Aleksandr Mişon
Quruluşçu rejissor : Aleksandr Mişon
Quruluşçu operator : Aleksandr Mişon


Tarix: 15.02.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Filimler