Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəyin oğurlanması (film, 1986)

Məzmun
Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.

Film haqqında
Filmdəki yağış həqiqidir.
Filmin rejissorlarından biri Vaqif Mustafayev Space televiziyasında müsahibəsində demişdir: Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm.
Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.
Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.
Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.
Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Mövlud Süleymanlı
Quruluşçu rejissor : Ceyhun Mirzəyev, Vaqif Mustafayev
Quruluşçu operator : Ələsgər Ələkbərov (II), Rəşid Nağıyev
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Ramiz Əliyev
Operator : Rövşən Quliyev
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : Tamara Nərimanbəyova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev
Dekor rəssamı : Nazim Hacıyev
Rejissor assistenti : Rövşən Həsənov, Elman Şeydayev, Yavər Rzayev
Operator assistenti : R. Fətullayev, Tərlan Babayev(T. Babayev kimi)
Rəssam assistenti : E. Aqaronova
Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi)
Mahnıların mətni : İsa İsmayılzadə
Mahnıları ifa edən : Xədicə Abbasova, C. Behbudov, Firəngiz Rəhimbəyli(Firəngiz Rəhimbəyova kimi)
Musiqi redaktoru : Rauf Əliyev
Bədii Rəhbər : Eldar Quliyev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : Elşad Bağırov
Baletmeyster : Rəfiqə Axundova, Maqsud Məmmədov
Çəkilişdə İştirak edən : Azərbaycan Dövlət Rəqs Ansamblı, "Könül" Rəqs Ansamblı
Trüklərin Quruluşu : Nizami Musayev
Filmin direktoru : Nadir Əliyev

Rollarda
Həsənağa Turabov-Əsəd
Səyavuş Aslan-Mustafa
Hacı İsmayılov-Tağı
Nəsibə Zeynalova-Nəsibə xala
Yaşar Nuri (Yaşar Nuriyev kimi)-İsrafil
Natəvan Məmmədova-Yasəmən
Tamara Şakirova-Nigar
Şamil Süleymanov-Həsən
Vidadi Həsənov-Musa
Firəngiz Mütəllimova-Telli
Rəsmi Cəbrayılov-Əhməd
Mirzə Babayev-Amanoğlu
Gümrah Rəhimov-Brodyaqa
Arif Quliyev-Miriş
Səməndər Rzayev-Hidayət
Nəcibə Behbudova-Bibixanım
Füzuli Hüseynov-Elxan
Ələsgər Məmmədoğlu-Pirotexnik Ələsgər
Lətifə Əliyeva-Həsənin anası
Ruslan Nəsirov-Qasım
Xəzri Rəhimov-Emin
İlham Namiq Kamal (İlham Əhmədov kimi)-Səs Operatoru
Eldəniz Zeynalov-Komissiya Sədri
Muxtar Maniyev-Qonaq
Nəcibə Hüseynova-Rəqqasə
Mənsur Məmmədov-Hidayətin sürücüsü
Gülnarə Sayalıyeva
Əliqulu Səmədov-Əliqulu
Bahadur Əliyev-Kənd sakini
Elman Şeydayev-Kənd sakini
Nəsibə Eldarova
Şükufə Yusupova-Jurnalist
Zülfüqar Baratzadə-Bərbər
Ramiz Əzizbəyli-İsabala
Q. Haşımova
Nizami Musayev-Nizami
Təvəkkül İsmayılov-Kənd sakini
Lalə Qiyasbəyli
Ənvər Həsənov-Akif
Nəmxuda Usubəliyev-Kənd sakini
Kamil Məhərrəmov-Kənd sakini
Ömür Nağıyev-Ömür
Elxan Quliyev-Kənd sakini
Vəliəhd Vəliyev-Kənd sakini
Mayak Kərimov-Kənd sakini
Əhməd Əhmədov-Aktyor (titrlərdə yoxdur)
Sədaqət Zülfüqarova-Aktrisa (titrlərdə yoxdur)
Naibə Şirinova-Rəqqasə (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Pərviz Bağırov-Həsən (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Əhməd (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
Mirvari Novruzova-Bibixanım (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
Rasim Balayev-Elxan (Füzuli Hüseynov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Həsənin anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Rəqqasə (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova-Sinoptik (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 603 Bölmə: Filimler
loading...