Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arşın mal alan (film, 1965)

Məzmun
Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər(Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(Hacımurad Yegizarov) onun köməyinə gəlir...

Festivallar və mükafatlar
1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı
Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülmüşdür.

Film haqqında
Film aktyor Qorxmaz Əlilinin kinoda ilk işidir
Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.
Bu film eyniadlı əsərin milli kino tariximizdə 3-cü ekranlaşdırmasıdır.
1945-ildə çəkilmiş "Arşın Mal Alan"ın xarici ölkələrdə böyük uğurla satılması "Eksportfilm"in (SSRİ-nin xarici ölkələrlə film ticarəti edən təşkilatı) yeni "Arşın Mal Alan"ı sifariş verməsinə səbəb olmuşdu. Həmçinin, kino texnikası inkişaf etmiş, geniş ekranlı rəngli filmlər çəkmək imkanı yaranmışdı.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov
Ssenari müəllifi : Tofiq Tağızadə, Muxtar Dadaşov
Quruluşçu rejissor : Tofiq Tağızadə
Quruluşçu operator : İlya Minkovetski
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Üzeyir Hacıbəyov
Geyim rəssamı : Arif Əbdürrəhmanov
Musiqi redaktoru : Fikrət Əmirov
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Məmməd Əlili
Operator : A. Şatunovski
Redaktor : Ədhəm Qulubəyov, İshaq İbrahimov
Rəqslərin Quruluşçu : Əminə Dilbazi, Böyükağa Məmmədov, T. İzrail
Mahnıları İfa edir : Rauf Atakişiyev, Z. Quliyeva, Sona Aslanova(S. Aslanova kimi), K. Əzimov, Firudin Mehdiyev, Şəfiqə Qasımova(Ş. Qasımova kimi), R. Mahmudov, S. Həsənova
Qrim rəssamı : Y. Belyanski
Qrim edən : V. Arapov
Montaj edən : Tamara Nərimanbəyova
Rejissor assistenti : Elmira Əliyeva, A. Vəkilov, Mirzəbala Məlikov
Operator assistenti : V. Həsənov, R. Əsgərov
Dekorator : T. Abdullazadə, Fikrət Bağırov
Assistent : T. Məlikzadə
Filmin direktoru : S. Bəyazov, Daniil Yevdayev
Çalır : Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri və Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Musiqi Hissəsinin Rəhbəri və Dirijor : Nazim Rzayev (II)

Rollarda
Həsən Məmmədov- Əsgər
Leyla Şıxlinskaya- Gülçöhrə
Ağadadaş Qurbanov- Soltan bəy
Nəcibə Məlikova- Cahan xala
Hacımurad Yegizarov- Süleyman
Xuraman Hacıyeva- Asya
Tələt Rəhmanov- Vəli
Səfurə İbrahimova- Telli
Möhsün Sənani- Qoçu
Məmməd Əlili- Arşınmalçı
Qorxmaz Əlili-Uşaq
Hacıməmməd Qafqazlı-Faytonçu

Filmi səsləndirənlər
Ətayə Əliyeva-Cahan xala (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Gülçöhrə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Əliağa Ağayev-Soltan bəy (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Süleyman (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli-Qoçu (titrlərdə yoxdur)
Əzizağa Qasımov-Qoçu (Möhsün Sənani) (titrlərdə yoxdur)
Hacımurad Yegizarov-Tutuquşu (titrlərdə yoxdur)

Sitatlar
Soltan bəy : Fırlan özün üçün.


Tarix: 09.02.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 559 Bölmə: Filimler
loading...