Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının işıqları (film, 1950)

Məzmun
Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarıldı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı. Hadisələrin fonunda usta Əlibala(Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.

Film haqqında
Film 1958-ci ildə yenidən redaktə edilmişdir.
Film ekranlara gec buraxılsa da qadağan olunması barədə sənədlər aşkar olunmayıb. Stalinin ölümündən sonra filmdən ayrı-ayrı epizodlar kəsilib götürülmüş və ekrana buraxılmışdır.
Film aktyor Vladimir Qardinin kinoda son işidir.
Filmin orijinal variantının surəti 2001-ci ildə çıxarılıb Azərbaycan Dövlət Filmfonduna təhvil verilmişdir.
Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı bu filmdə yaradılmışdır.
Filmə baxış keçiriləndə Mir Cəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdi : "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam." deyib.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Qriqori Koltunov, Yevgeni Pomeşşikov
Quruluşçu rejissor : Aleksandr Zarxi, Rza Təhmasib, İosif Xeyfits
Quruluşçu operator : Qavriil Yegizarov
Rejissor : S. Derevenski
Operator : Arif Nərimanbəyov, Xan Babayev
Quruluşçu rəssam : M. Yuferov
Rəssam : V. Aqranov, Ağamehdi Qumriyev
Bəstəkar : Qara Qarayev
Səs operatoru : Ağahüseyn Kərimov
Montajçı : Y. Bajenova
Rejissor : Zeynəb Kazımova
Qrim rəssamı : Georgi Parisaşvili, V. Yakovlev
Rejissor assistenti : Məmməd Əlili, V. Sadovski
Quraşdırılmış səhnələrin rəssamı : V. Nikitçenko, İ. Nikitçenko
Quraşdırılmış səhnələrin operatoru : Əsgər İsmayılov
Filmin direktoru : İ. Qoldin
Filmin Yeni Redaktəsinin Müəllifi : Bəşir Quliyev, Ədhəm Qulubəyov, R. Şamrayeva, Teymur Hüseynov
Rəssam assistenti : Mirzə Rəfiyev
Operator assistenti : Sergey Klyuçevski

Rollarda
Mirzəağa Əliyev-Əlibala Əliyev
Mərziyyə Davudova-Anaxanım
Nikolay Oxlopkov-Şatrov
Nəcibə Məlikova-Mirvarid
İ. Eloğlu-Fuad
Nikolay Kryuçkov-Paramanov
Pyotr Arjanov-Qarsiya
Serke Kojamkulov-Qədir
Vladimir Qardin-Keçmiş neft sənayeçisi
Viktor Stanitsın
X. Məlikov
Müxlis Cənizadə-Qara
Mikayıl Mikayılov-İngilis zabiti
Rza Təhmasib-Mir Cəfər Bağırov
Münəvvər Kələntərli-Sakin
Əzizə Məmmədova-Sakin
Mixail Gelovani-Stalin
Xeyri Əmirzadə


Tarix: 10.02.2013 / 18:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Filimler
loading...