Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlıq dənizdə buz parçası (film, 1983)

Məzmun
Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi(Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir.

Film haqqında
Film yazıçı Cəmil Əlibəyovun "Qış Macərası" povestinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Cəmil Əlibəyov
Ssenari müəllifi : Pavel Finn
Quruluşçu rejissor : Yuli Qusman
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Fikrət Əhədov
Bəstəkar : Xəyyam Mirzəzadə
Geyim rəssamı : Abdulla Azəroğlu
Səs operatoru : Tatyana Kərimova

Rollarda
Rasim Balayev-Məmməd
Həsənağa Turabov-Təqaüdçü
Həsən Məmmədov-Direktor
Tanilə Əhmərova-Gəlin
Vəliəhd Vəliyev-Muradov
Sədayə Mustafayeva-Təqaüdçünün arvadı
Kazım Abdullayev-Sürücü


Tarix: 15.02.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Filimler
loading...