Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ dünya (film, 1995)

Məzmun
Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq. Lakin film boyu belə bir deyim yada düşür: Allahu-təala bir insana hər şey verir, bir insana heç şey.

Film haqqında
Film Yusif Vəzir Çəmənzəminlinin "Dəli", "Dürnisə və Kərbəlayi Eyvaz", "Cümə Axşamı" hekayələrinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərlərin Müəllifi : Yusif Vəzir Çəmənzəminli
Ssenari müəllifi : Şahmar Qəribli
Quruluşçu rejissor : Şahmar Qəribli
Televiziya Rejissoru : Vüqar Vəliyev
Quruluşçu operator : Vahid Babayev
Quruluşçu rəssam : Oqtay Quliyev
Bəstəkar : Cavanşir Quliyev
Səs rejissoru : İkram Məmmədov
Montaj : İlham Qaliboğlu
Səs operatoru : Ağabala Məhərrəmov
Operator : Rza Fərəcov
Rejissor assistenti : Kazım Abdullayev
Qrim Ustaları : Elbrus Vahidov, Çingiz Paşayev
İşıqçı : Ramiz Axundzadə
Texnika üzrə Mexaniklər : Polad Abbasov, Kamil Məlikov
Redaktor : İlhamiyyə Rzayeva
Direktor : Nazim Dadaşov
Prodüser : Ramiz Mirzəyev

Rollarda
Şahmar Qəribli-Dəli Səməd
Muxtar Maniyev-Hacı Həsən
Sədaqət Nuriyeva-Züleyxa
Məzahir Süleymanov-Kərbəlayi Eyvaz
Bahar Abdullayeva-Dürnisə
Almaz Amanova-Səmədin anası
Kazım Abdullayev-Səmədin qardaşı
Sidiqqə Heydərova-Qarı
Vəsilə Xankişiyeva-Gəlin
Elşən Şirəliyev-Qulam
Allahyar Əliyev-Fərəc
Kamal Almuradlı-Kərim
Qərib Qəribli-Uşaq
Fuad Əliyev (III)-Uşaq


Tarix: 08.02.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Filimler
loading...