Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağlı qapı (film, 1981)

Məzmun
Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.
Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...
Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.

Film haqqında
Film yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl Qapı Arxasında Qadın" pyesi əsasında ekranlaşdırılmışdır.

Festivallar və mükafatlar
1)1982-ci ildə Tallində XV Ümumittifaq kinofestivalı
Müasir mövzuda ən yaxşı bədii filmə görə filmə Diplom və Mükafat verilmişdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Vladimir Savin
Rejissor : Ramiz Əliyev
Rejissor köməkçisi : Səadət Məmmədova
Operator : Nemət Rzayev
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : Gülşən Səlimova
Mahnıların Mətni : Mənsur Vəkilov
Geyim rəssamı : Afət Məmmədova
Assistent : Q. Səlimov
Operator assistenti : Aydın Mustafayev
Dirijor : Konstantin Krimets
Redaktor : Nadejda İsmayılova
Filmin direktoru : Gennadi Lapşuk

Rollarda
Rodion Naxapetov-Murad
Nəsibə Zeynalova-Zeynəb
Aleksandr Kalyagin-Daşdəmirov
Dadaş Kazımov-Nuru
Hacı İsmayılov-Əli
Larisa Xələfova-Şərqiyyə
Məmməd Məmmədov-Saleh
Svetlana Məmmədova (III)-Gülya
Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)-Ənvər
Viktor Dəmirtaş-Fərid
Gülya Salahova-Rəna
Elçin Məmmədov-Aydın
Sadıq Hüseynov-Sahə müvəkkili
Nailə Mahmudova-Roza
L. Axundova
Qalina Komarova
Aleksey Zaytsev
Eldəniz Rəsulov
Kənan Məmmədov
V. Ağacanov
N. Zeynalov
Xalidə Quliyeva(Xalidə Qasımova kimi)-Qapı arxasındakı qadın
İ. Məmmədov
Ömür Nağıyev(titrlərdə yoxdur)


Tarix: 10.02.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Filimler
loading...