beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizans İmperiyası

Bizans İmperiyası və ya ilk dövrlərdə Şərqi Roma İmperiyası (yunan. Βασιλεία Ῥωμαίων) - 476-1453-cü illərdə mövcud olmuş dövlət. Dövlətin özünü bizanslılar Romey dövləti, özlərini isə Romey (yunan. Ρωμαίοι - Romalı) adlandırırdılar. Bizans adı Bosfor sahilində mövcud olmuş qədim yunan koloniyasını ifadə edirdi və sonradan tarixçilər tərəfindən bu dövlətə şamil edilmişdir. Bizansın paytaxtı həmin koloniyanın yerində İmperator I Konstantinin əmri ilə salınmış Konstantinopol şəhəri olmuşdur.

Bizans İmperiyası özünün ən qüdrətli dövrlərini I Yustinianın dövründə yaşamışdır. Daha sonralar, Ərəb və Səlcuq hücumları, eləcə də IV Səlib yürüşü nəticəsində xeyli zəifləmiş və nəhayət, şərqdə yaranmış yeni qüdrətli dövlət - Osmanlı İmperiyası qarşısında tədricən süqut etmişdir. Bizansın süqutundan sonra onun Asiyada qalan torpaqlarında Trabzon İmperiyası (yun. Βασίλειον τῆς Τραπεζοῦντος) yaranmış, lakin onun da mövcudluğuna Sultan Fateh II Mehmet tərəfindən son qoyulmuşdur. 1453-cü ildə Konstantinopolu tutan II Mehmet həm də Qeysəri-Rum titulunu qəbul etməklə özünü Bizans imperatorlarının varisi elan etmişdi. Eyni zamanda Rusiya hökmdarı Moskvanın Böyük Knyazı III İvan son Bizans imperatorunun qardaşı qızı və taxtın nəzəri varisi Sofiya Paleoloq ilə evlənərək Bizans taxtına iddialarını ortaya qoymuş olmuşdu.Mündəricat
1 Tarixi
2 Mədəniyyəti
3 Əhalisi
4 Ordu
5 İqtisadiyyat
6 Bizans imperator sülalərinin zaman xətti
7 Xarici keçidlər


Tarixi

Mədəniyyəti

Əhalisi

İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi.

Ordu

Bizansda ordunun təşkili Roma İmperiyasından alınma idi. Lakin IV - VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi.

İqtisadiyyat

Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Padşahlığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri - qızıl solid - beynəlxalq valyuta rolu oynayırdı.


Tarix: 02.03.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Dunya ve tarixi