beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kürşad

Kürşad yaxud Aşina Cieşeşuay (?-639) - bir Göytürk şahzadəsidir.Kür Şad (俟力苾可汗)
Çin soyadı:Li (李)
Adı:Cieşeşuay (阿史那結社率)
Çin titulu:Fancianq (蕃將, Fānjiāng)
Çin vəzifəsi:General-Leytenant (Zhonglangjang, 中郎將)


Həyatı

A-shihina Chieh-she-erh və ya Ashina Jiesheer[1] (Çincə: Ənənəvi: 阿史那結社爾 / Sadə.: 阿史那结社尔[2] Çin ordusunda general-leytenant vəzifəsinəcən yüksəlmiş bir Göytürk şahzadəsidir. Kürşad, Şərqi Göytürk xaqanı Şibi xaqanın oğludur. Əmisi Çula xaqanın Çinə təslim olmasından sonra Çində hərbi rütbə qazanır. Tölis xaqanın kiçik qardaşıdır. O qardaşına nifrət edirdi və imperatora qardaşının üsyan etmək üzrə olduğunu dedi. Cieşeşuay 639-cu ilin avqustunda təzəlikcə ölən Tölis xaqanın oğlu Aşina Holoku ilə 40 nəfərdən ibarət bir qrupla, imperatoru şəhərdə girov götürmək planını hazırlayır. Ancaq basqın planı hazırlandığı gün olan 19 May 639-cu ildə dәhşәtli bir fırtına vә yağış başladığından Çin imperatoru saraydan çıxmır. Buna qarşılıq planın pozulmasını istəməyən Kürşad və onun dostları saraya basqın edirlər. Uzun sürən çarpışma nəticəsinə yüzlərlə çinli keşikçi məhv edilsә dә, Kürşad dostlarının böyük bir hissəsini itirir və saraydan çəkilmək məcburiyyətində qalır. Saraydan atları oğurlayaraq şəhərdən çıxıb Vey çayını keçirlәr [3] və Çin ordusu tərəfindən qırılırlar.



Üsyandan sonra

İmperator üsyandan Göytürkləri sərbəst buraxır və yenidən xaqanlıq qurmalarına icazə verir. Xuayxuay şahzadəsi Aşina Simonu Kilibi xaqan adı ilə xaqan elan edir. Tölis xaqanın oğlu Aşina Holoku isə sürgün edilir.


Tarix: 02.03.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Dunya ve tarixi