beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi İmperiyasında azərbaycanlı-türk tayfalar

Rəsmi dil

Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.

Mədəniyyət

Səfəvilər dövlətinin əsas mülkyyət forması divani (dövlət) və xassə (hökmdar) torpaqları idi. Sonralar Səfəvilərin yürütdüyü mərkəzləşdirmə siyasəti ilə əlaqədar divani torpaqlar hesabına şərti torpaq mülkiyyət forması tiyul geniş yayıldı. Mülk və vəqf torpaqları toxunulmaz hesab edilirdi. Kəndli və sənətkarların vəziyyəti çox ağır idi. Onlar müxtəlif mükəlləfiyyət daşıyır, çoxlu (30-dan çox) vergi ödəyirdilər. I Şah İsmayılın dövründə nisbətən azaldılan vergilər sonralar tədricən yenə də artmağa başladı. Əhalinin ağır vəziyyəti I Təhmasibi malcəhət, tamğa kimi bəzi vergiləri ləğv etməyə məcbur etdi. Lakin bu islahatlar Səfəvilər dövlətini bürüməkdə olan böhranın qarşısını ala bilmədi. Feodal istismarının güclənməsi, vergilərin ağırlığı sinfi zidiyyətlərin kəskinləşməsinə, üsyanlara səbəb oldu (məsələn, Təbriz üsyanı).

Səfəvilər dövlətinin iqtisadi və mədəni həyatında Azərbaycan şəhərləri, xüsusilə müstəsna rol oynayırdı. Təbriz Asiya və Avropanın bir çox şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Şamaxı və Ərəşdə istehsal olunan ipək parçalar Avropa ölkələrinə ixrac edilirdi.

Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirən şah dururdu. Səfəvilərin bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan etmişdilər.Ali komandan əmir əl-üməra, qorçi dəstələrinin başçısı isə qorçibaşı adlanırdı. Dövlət aparatında vəzir, dini idarələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mustuofi əl-məmalik nəzarət edirdi. Səfəvilər dövləti bəylərbəyilərin idarə etdiyi ayrı-ayrı bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən bəylərbəyilər şahın tələbi ilə öz dəstələri ilə hərbi səfərlərdə iştirak etməli idilər. Səfəvilər dövlətinin daimi ordusu yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabına saxlanan süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə ən çox 120–150 min döyüşçü iştirak edirdi. Şahı xidmətində 4–6 min nəfərlik daimi qorçi dəstəsi vardı. Səfəvi ordusu odlu silahla pis təchiz olunmuşdu.

Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi, məhsuldar qüvvələri yüksəlişi, şəhərlərin sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına şərait yaradırdı. Azərbaycan dilinin istifadə dairəsi genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi, Tufeyli, Qasimi və başqa Azərbaycan sairləri, həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar. "Xətayi" təxəllüsü ilə yazan I Şah İsmayıl Azərbaycan ədəviyyatının görkəmli nümayəndəsidir. Səfəvilərin saray kitabxanası bir növ "incəsənət akademiyasına" çevrilmişdi. Burada mahir xəttatlar, rəssamlar, cildçilər, nəqqaşlar, və başqaları işləyir, Sultan Məhəmməd və Behzad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi.


Tarix: 01.03.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Dunya ve tarixi