beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən xeyirli qida təqvadır

— Sözlərin ən doğrusu Allahın kitabı, yapışılacaq ən etibarlı tutacaq təqvadır (ən kiçik məsələdə belə Allahdan qorxaraq, dinin buyruqlarına əməl etmək).

— Dinlərin ən xeyirlisi islamdır. Dinlərin ən xeyirlisi islamdır

— Yolların ən xeyirlisi Hz. Məhəmmədin (s.ə.s.) yoludur.

— Sözlərin ən şərəflisi zikrullahdır (Allahın adını çəkmək).

— Qissələrin ən gözəli Quranda nəql edilənlərdir.

— Ən gözəl gedişat (yol) peyğəmbərlərin yoludur.

— Ən gözəl ölüm şəhidlərin ölümüdür.

— Ən qatı korluq doğru yolda olduqdan sonra ondan sapmaqdır.

— Ən xeyirli elm faydalı olandır.

— Korluğun pisi qəlb korluğudur.

— Verən əl alan əldən üstündür.

— Faydasız bəhanə ölüm anında söylənəndir.

— Peşimanlığın pisi Qiyamət günü yaşanandır.

— Yanlışları ən çox olan dili çoxlu yalan söyləyəndir.

— Xeyirli zənginlik göz toxluğudur.

— Ən xeyirli qida təqvadır.

— Hikmətin başı Allah qorxusudur.


Tarix: 10.12.2014 / 16:00 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Dahilerin sözleri