beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yardım haqqında aforizmlər

Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər. ( Həzrəti Muhəmməd s.ə.v. )
Son gücündən istifadə etmədən başqalarından əsla yardım istəmə. ( Bertran Rassel: İngilis filosofu )
Dostuna da, düşməninə də yardım et, onda dostunla daha yaxın dost, düşməninlə də dost olarsan. ( Naməlum )
İnsan dostlarının kədərlərini onlarla birlikdə ağlayıb-sızlamaqla deyil, yardım və qayğılarla bölüşməlidir. ( Epikür: Qədim Yunan filosofu )yardım edin,kömək edinKiçiklərin yardımı olmadan böyüklərin müvəffəqiyyətləri olmaz. Lakin bu nə kiçiyi böyük, nə də böyüyü kiçildir. ( Cəmil Səna: Türk filosofu )
Yardımlar çiçək kimidir: nə qədər təzə olsa, bir o qədər xoş gələr. ( Naməlum )
Yardımlaşma və həmrəylik cəmiyyətin tərəqqisi üçün ən gözəl vasitədir. ( Naməlum )
Kömək edəcəyin adama heç nə demədən yardım göstər. ( Jan Labrüer: Fransız filosofu )
Sizə edilən ən kiçik yardımı qətiyyən unutmayın. Lakin etdiyiniz ən kiçik yardımı isə heç vaxt xatırlamayın. ( Xilos: Qədim Yunan filosofu )

Bir-birinə yardım edən üç şəxs altı şəxsin yükünü qaldırar. ( Corc Herbert: Uels şairi )
İnsanlar bir-birlərinə yardım etməkdən əl çəkdikləri gün insanlıq yox olar. ( Valter Skott: İngilis şairi )

Hansı uğuru qazanırsınızsa-qazanın, sizə yardım edən birisi mütləq vardır. ( Lermantov: Rus şairi )
Dünya malı sənə yönəldiyi zaman sən də ondan verməyi bacar. Çünki ondan verməklə o mal qurtarmaz. Dünya malı səndən üz çevirdiyi zaman yenə də ver. Çünki o mal əbədi olaraq səndə qalmayacaqdır. ( Hz. Əli ə.s. )


Tarix: 10.12.2014 / 12:30 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Dahilerin sözleri