beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paulo Coelho

Hər kəs bizim necə yaşamamız lazım olduğunu tam olaraq bildiyini sanar. Təəssüf ki, heç kim özünün öz həyatını necə yaşaması lazım olduğunu qətiliklə bilməz.
Ağızlar açılmırsa, deyiləcək əhəmiyyətli bir şey var deməkdir.
Gələcək Allah tərəfindən yazılmışdır və Allah nə yazarsa insanların yaxşılığı üçündür.
Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; Sevməyi belə.
-Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?
-Çünki bu vəziyyətdə ən çox ürək acı çəkər. Və ürəklər acı çəkməkdən xoşlanmazlar.
Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.
Əslində bütün qadınlar şirin sözləri sevər; amma iltifatların,yalanmı gerçəkmi olduğunu anlayacaq qədər də ağıllılardırlar.
Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.Hamısı budur.
Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, Sabah zamanın olmadığı üçün etməyə bilərsən.
Bir kişilə xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
Birini pisləməyə çalışsan əsla məqsədinə çata bilməzsən. Çünki, başqasını bulaşdırmaq istədiyin palçığa əvvəl özün bulanarsan.
Kişi əlaqə saxlaya bilmədiyi qadına ‘telefonun zəngini eşitmədi yəqin' deyərkən, Qadın əlaqə saxlaya bilmədiyi kişiyə, ‘zəng etdiyimi görür amma açmır' deyər.
Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.
Getmək üçün səbəb çoxdur, yalnız tərk edilən sevməyə bəhanə axtarar.
Gözəl qadınlar eşqlə axmaqlaşar, amma həm ağıllı həm gözəl qadınlar, aşiqkən də ağıllıdır. Buna görə həmişə tək qalar.
İnsanlar fürsətlərin gəlməsini gözləyər fürsətlər də insanların. Fürsətlər gözləyər insanlar gözləyər: Qazanan həmişə bəhanə olar.
İnsanların etdikləriylə deyil, geydikləriylə marka olduqları bir çağda; Eşqlərin saxtalığından şikayətlənmək səhv olar əslində.
İlk baxışda güvəndiyi şeylərə, bir dəfə də baxılması lazım olduğunu xoşbəxtkən deyil,həmişə bədbəxtkən anlar insan.
Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta; amma səviyyəsizin səviyyəsinə enəcək qədər enməyəcəksən həyatda.
Qadın psixologiyasını 35 il oxumama baxmayaraq, bir suala cavab tapa bilmədim: ‘Bu qadınlar həqiqətən nə istəyir?
Qadın və silah, yeri gəlir ikisidə öldürər əslində; amma aralarında tək bi fərq var: Qadınlara səs boxucu taxa bilməzsən əsla!
Qəbul edirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi, özüm kimi sanmam idi.
Nə etsən də, ağlın həmişə seçə bilmədiyində qalar. Və olmasını istədiyin bir şey ancaq ondan imtina edincə reallaşar.
Unutma ki, İnsanlar sənin istədiyin qədər həyatındadırlar. Görməməzlikdən gəldiyin qədər dürüst və onları istəmədiyin qədər axmaqdırlar…
Mənəvi həyat Məhəbbətə bərabərdir. Kiməsə kömək eləmək...kimisə qorumaq....xeyriyyəçilik məqsədilə sevmirlər. Belə olanda yaxınımız bizim üçün sadəcə obyektə çevrilir, özümüzü isə xeyirxah və müdrik adamlar kimi görürük. Bunun məhəbbətə heç bir dəxli yoxdur.SEVMƏK-başqa adamın bir parçası olmaq,onda ilahi odun qığılcımlarını tapmaq deməkdir.


Tarix: 10.12.2014 / 12:36 Müəllif: Aziza Baxılıb: 259 Bölmə: Dahilerin sözleri