beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cemal Süreyanın söz xəzinəsindən

Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı.

— Uşaq vaxtı anama qəbirstanlıqdan qorxuram deyəndə, “ölüdən deyil, diridən qorx”- demişdi. Zamanla anladım ki, anam yenə haqlı imış.

— Bir kağıza “sənsizlik” yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki “sənsizlik” sözü belə “sən”lə başlayır.

— Əvvəl sevgiliniz tərk edər sizi, sonra yuxunuz. Sonra nə sevdiyiniz geri gələr, nə də yuxunuz.

— Anasından şillə yediyi halda yenə “Ana”-deyə ağlayan bir uşaqdır EŞQ.

— İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular.

— “Zamanla hər şey keçər “ deyən ağıllılara cavab vermirəm. “Keçən tək şey zamandır”-anlayan anlatsın anlamayanlara.

— Madam ki, sevmirsən o zaman gözlərinə sahib çıx. Hərlənib fırlanıb gözlərimə dəyməsinlər.

— Deyirlər eşq iki nəfərlikdi. Yalandı! Eşq dəlilikdi! Bir də “Həyat müştərəkdir” – deyirlər. Bu da yalandı. Çünki eşqin yarası bir nəfərlikdi.

— “Üzülmə, dəyməz” sözlərini eşitməkdən bezdim. Onsuz da buna dəyməyənlərə üzülmürəm. Üzüldüyüm şey; buna dəyməyənlərə ürəyimin dəymiş olması.

— Münasibətimizə “bir müddət ara verək” cümləsinin mənası; səndən yaxşısını tapsam əla, tapa bilməsəm sənə geri dönəcəm.

— Unutsun məni demisən, bu imkansızdı. Çünki, unutmaqdan ötrü gərək səni xatırlayam.

— Çox sulayanda çiçək məhv olurmuş, birini də çox sevəndə atıb gedirmiş.

-Xoşbəxtliyin qarşındakını xoşbəxt etmək olduğunu zənn edirdik. Yanıldıq! Çünki nə qədər xoşbəxt etdiksə, o qədər yalnız qaldıq.

— Kim xoşbəxt olmaq istəmir ki? Amma bədbəxtlikdə də yanımdasan?

— Unutduğunu düşünəndə biri çıxır qarşına, gülümsəyir, bağlayır səni özünə. Yalan olduğunu bilirsən, amma yenə inanırsan.

— Həyatımda ilk dəfə biri mənə “Özünə yaxşı bax” – dedi. Hər halda anlayıb ki, onun ürəyini gəzdirirəm.

— Bəziləri “bəsdi artıq çıxart onu ağlından” deyirlər. Siz də ağlınızla deyil, qəlbinizlə sevsəydiniz anlayardınız məni.

— Sənə “Səni sevirəm” dediyim qədər anama “baş üstə anacan” desəydim, indi cənnətdə yerim hazır idi.

— Qadınlar susaraq gedər. Əgər bir qadın şikayət edirsə, kişi bilməlidir ki, hələ də qadının bir ümidi var. Nə vaxt ki, ümidini kəsdisə, demək sevgisi də yaralanıb. Bir qadının qışqırıqlarından, dava salmağından qorxmaq lazım deyil. Çünki bir qadının gedişi səssizdir.

-Bir daha mənə sevdiyini söyləmə. Bilirsən niyə? Yenə inanaram sənə.

— Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki.

— Növbəti gün sənə qovuşmayacağımı bildiyim üçün yatmadığım gecələrim var .

— Dünən və dünəndəkilərlə mübarizə aparmağı burax artıq. Yanında olanlarla sabaha baxmağı da sına.

-İnana biləcəyiniz, sizə arxa duracaq yeganə bir insan var. Bu ananınızın əridir.

— Heç kəs mənimlə oynamır deyə ağlayan uşaq, sən hələ bir böyü, gör səninlə nə oyunlar oynayacaqlar.

-“ Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.

-Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi.

— Aramızdakı müharibə necə izah olunsun? Onun ürəyi Fələstindi, mənsə oraya yerləşməyə çalışan qərbli.

— Kaş ki, birini itirməzdən əvvəl ona olan bütün sevgimizi anlada bilsək.

— Səni yuxudaykən xəyal edirəmsə, bağışlayıram....

— Yolu keçdiyin kimi sev məni; əvvəl mənə, sonra mənə, sonra yenə mənə bax.

— Gecə 12-dən sonra bütün içkilər şərabdır.

— Sevmək cütləşmək deyil təkləşməkdir.

— Gözəlsən sevgilim, amma çox yaxından.

— Bilirəm sənə gedən bütün yollar bağlıdı.

— Evdə bir qadın dolaşsın, ona ANA deyim.

Sevmək cutləşmək deyil təkləşməkdir
Cemal Süreya haqqında tanınmışların dedikləri:

Can Yücel:
— Eşq yoxdur məmləkətdə, Cemal Süreya gedəndən bəri.

Əziz Nesin:
— Sartr və Cemal Süreya dünyanın ən kiçik dövlətləridir. İkisində də bir böyük dövlət olmaq üçün ehtiyat var.

Tomris Uyar:
— Şeiri çox yaxşı bilən, yaxşı yazmaqdan qorxan, mükəmməlikdən qaçan bir şair.

— Onu tanıyan neçə nəfər varsa, o qədər Cemal Süreya var. Hamısı da fərqli. Bəlkə əsas xüsusiyyətləri eyni qalır: siyasətə, ədəbiyyata, zarafata bağlılığı, çalışqanlığı, dürüstlüyü… Amma çox dəyişkən biridi. Ona görə mən onun barəsində bir tərcümeyi-hal düşünmürəm. Üç ayrı tərcümey-hal..

Ece Ayhan:
— Çox maraqlıydı onunla evlənmək. Hansı qadın düyməsini tikirdisə, onunla evlənirdi. Bir gün birinə bu cür evlənməyi təklif edib: Pencəyinin düyməsini qoparıb, qadına uzadıb və deyib: Bunu tikərsinizmi?

Orxan Kahyaoğlu:
— İnsan dediyimiz qarmaqarışıq varlığa bütün tərəfləriylə qucaq açan ilk şair Cemal Süreyadır. Klassikləşmiş cəmiyyətin heç vaxt qavraya bilmədiyi gerçəklərdən biri də budur.

Ülkü Tamer:
— Tanrı min birinci gecə şairi yaratdı.
Min ikinci gecə Cemalı.
Min üçüncü gecə şeir oxudu Tanrı.
Sonra əvvələ döndü qadını yenidən yaratdı.

Doğu Perinçek:
— O şeirin Övliya Çələbisidir.

Turqut Uyar:
— Cemal Süreya ölüb deyirlər. Ah Əzrayıl, heç Cemal Süreya ölərmi?!


Tarix: 10.12.2014 / 15:19 Müəllif: Aziza Baxılıb: 340 Bölmə: Dahilerin sözleri