beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədalətin gecikməyi ədalətsizlikdir

Yaxşı olmaq asandır, ədalətli olmaq çətin. (Viktor Hüqo)

Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. (Mirabo)

Az şeyə sahib olan yox, həddindən çox şey istəyən kasıbdır. (Seneka)

Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. (Hz. Məhəmməd)

Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. (Hz. Məhəmməd)

Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)

Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. (Mahatma Qandi)

Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. (Amyot)

Zəif insan daima ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə də deyil. (Aristotel)

Ədalətsiz rejimi ədalətlə yıxın. (Qandi)

Hüququn qüvvətinin azaldığı yerdə qüvvətlinin hüququ keçərli olmağa başlayır. (M.Düverje)

Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. (Monten)

Böyük insan — ən yüksək mövqedə təvazökar, qüdrət sahibi olanda bağışlayan və qüvvətli olanda ədalətli hərəkət edəndir. (Əbdülməlik B. Mərvan)

Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq. (Heraklit)

Qılıncın bacarmadığını ədalət bacarar. (Sultan Süleyman)

Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. (Emil Zolya)

Ədalətin qüvvətli, qüvvətlilərin də ədalətli olması lazımdır. (B.Paskal)

Pisliyə ədalətlə, yaxşılığa da yaxşılıqla cavab ver. (Lao-Tse)

Qüvvətsiz ədalət və ədalətsiz qüvvət – ikisi də böyük fəlakətdir. (L. Lyus)

Ədalət – ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. (Ulpian)

Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. (Siseron)


Tarix: 10.12.2014 / 15:16 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Dahilerin sözleri