Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EŞQ haqqında

Eşq hər şeyin səbəbi,başlanğıcı və sonudur ( Jan Batist Anri Lakorder:Fransız yazıçısı və ictimai-siyasi xadimi)
Şirin xəyallara uymaq,göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşıdır (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Eşqdə susmaq danışmaqdan faydalıdır (Yapon atalar sözü)
Ayrılıq əziyyətini görməyənin,eşq bəlasını çəkməyənin dərdi dərmansızdır (İmadəddin Nəsimi)

Eşq məhkəməyə bənzər,cəfa çəkmək də şahidə.
Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən (Cəlaləddin Rumi:Türk şairi və mütəfəkkiri)
Eşqin iynəsi ilə tikilən tikiş qiyamətə qədər sökülməz (Aşiq Seyrani:Türk ozanı)

Mənə Haqdan nida gəldi,
Gəl ey aşiq ki,məhrəmsən.
Bura məhrəm məqamıdır,
Səni əhli-vəfa gördüm.
(İmadəddin Nəsimi:Azərbaycan şairi və mütəfəkkiri)


Tarix: 10.12.2014 / 11:28 Müəllif: Aziza Baxılıb: 135 Bölmə: Dahilerin sözleri
loading...