beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ziqmund Freydin dahiyanə fikirləri

• Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
• Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.
• Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.

• Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey qətiliklə vardır.
• Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
• Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.

• Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
• Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun.

• Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.
• Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.
• Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.

• Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
• Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.
• Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.

• Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.
• Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər?
• Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.

• İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.

• Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər.
• Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.
• Qəribə deyil? Ədəbli ədəbindən susar, Ədəbsiz mən susdurdum sanar.

• Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.
• Mədəniyyətin ilk şərti ədalətdir.
• Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş olan insandır.

• Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar.
• Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
• Siz cavablar tapmağa çalışırsınız, biz isə daha çox sual soruşmaq niyyətindəyik.


Tarix: 10.12.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 207 Bölmə: Dahilerin sözleri