beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barış Mançodan sitatlar

Daş üstünə daş qoya-qoya yaratdığın dünyanın dağıldığını görmək azmış kimi, hələ altında qalmaq da var!

Hər yeni doğulmuş körpə yeni bir dünyadır.

İnsanın adı axırıncı dəfə nə vaxt çəkilsə, o gün ölər. Yəni fiziki olaraq dünyanı tərk etmək çox da vacib deyil. Onsuz da hamımız nə vaxtsa gedəcəyik. Amma adımızın anılmadığı gün həqiqətən bu dünyanı tərk edəcəyik.

Mən hər şeyi sevirəm, kimlərinsə yaşadığı, paylaşdığı hər şeyi sevirəm. Tarixi sevmirəm, ənənəni sevirəm. Tarix ölür, ənənə yaşayır.

Mən müğənni, bəstəkar kimi doğulmamışam. Fikirlərimi bölüşmək üçün gəlmişəm. Bu, mahnı oxumaqla da oldu, televiziya proqramında uşağın saçını oxşamaqla da.

Özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər.

İnsanın ən birinci öyrənəcəyi dil, şirin dildir.

Keçmişini bilməyən bu gününü anlamaz və sabahını qura bilməz.

Mən nə müasir türk ozanıyam, nə müasir Dədə Qorqud, nə də günümüzün Molla Nəsrəddini. Sadəcə XX əsrdə yaşayan və o əsrə damğasını vurmağa çalışan türkəm. XX əsrin türk musiqisini yaradıram.

İnsan torpaqdan gəlib, torpağa da qayıdacaq. İki tikə çörəkdən ötür ömrü boyu döyüşəcək.

Həmişə sizin mahnınızı oxumuşam.

Gənclərimiz ölkəmizi yaxşı yerlərə gətirəcəklər, əminəm, yetər ki biz ayaqlarına dolaşmayaq.

Rakı da, ayran da birdir – içməyi bilənə, gözəl də, çirkin də birdir – sevdim deyənə.


Tarix: 10.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Dahilerin sözleri