beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki şey

İki şey dəyərsiz insanın xüsusiyyətidir:
1- Şikayət etmək
2- Dedi-qodu

İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər:
1-Baxış tərzini dəyişmək
2-Qarşısındakının yerinə özünü qoymaq
İki şey həyatda səhv addım atmağın qarşısını alar:
1-Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək
2-Kiminsə haqqını yeməkdən çəkinmək

İki şey insanı gözdən salar:
1-Demaqoqluq
2-Özünü öymək

İki şey insanı dəqiq olmağa sövq edər:
1-İradəyə hakim olmaq
2-Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti

İki şey insanın daha da dəyərli olmasına kömək edər:
Natiqlik sənətini daha dərindən öyrənmək
Başa düşərək sürətli oxumaq

İki şey insanın irəliləməsinə mane olar:
1-Qərarsızlıq
2-Cəsarətsizlik

İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər:
1-Qabiliyyət
2- Sevdiyin işin arxasınca getmək

İki şey uğurun açarıdır:
1-Ustalardan ustalığı öyrənmək
2-Düşüncələrini saf-çürük etmək

İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradar:
1-Niyyətin saf olması
2-Mənəvi paklıq

İki şey səni milyonlarla insandan ayırar:
1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq
2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq

İki sey tərəqqiyə mane olar:
1-İfratçılıq
2-Baş verən fəlakətlər qarşısında sınmaq

İki şey problemin həllini tezləşdirər:
1-Təbəssüm
2-Susmaq

İki şeyin dəyəri itirildiyi zaman bilinər:
1-Ana
2-Ata

İki şeyi geri qaytarmaq mümkün deyil:
1-İtirilən zaman
2-Deyilən söz

İki şey həqiq sondur:
1-Cənnət
2-Cəhənnəm

İki şey üçün mübarizəyə dəyər:
1-Sevgi
2-Elm

İki şey həyatta mühüm olan hər şey üçündür:
1-Nəfəs ala bilmək
2-Nəfəs verə bilmək


Tarix: 10.12.2014 / 11:26 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Dahilerin sözleri