beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalibiyyət haqqında aforizmlər

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? ( Qurani Kərim )

Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir. ( Lao Tszi: Çin mütəfəkkiri )

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır. ( Yavuz Sultan Səlim: Osmanlı hökmdarı )

Ya qələbə çalmağı, ya da qaliblərlə dostluq etməyi bacarın. ( Fokion: Qədim Yunan sərkərdəsi )

Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz. (Napoleon Bonapart)

Qaliblərin yaraları tez sağalır. ( Benedikt Spinoza: Holland filosofu )

Zəfər zəfər deyildir, yenilən yenildiyini qəbul etməsə. ( Mattias Kladudius: Alman şairi )

Ən qorxulu an zəfər anıdır. ( Napoleon Bonapart )

Bəzi ideallar o qədər dəyərlidir ki, o yolda məğlub olmaq belə zəfər sayılır. ( Naməlum )

Dəmir maqnitə aşiqdir-daim ona tərəf qaçar. Zəfər də səbrə aşiqdir və o da daim ona tərəf qaçar. ( Şəhabəddin Sührəverdi: Azəbbaycan filosofu )

Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. ( Platon: Qədim Yunan filosofu )

Həqiqi zəfər qan tökülmədən qazanılan zəfərdir. ( Pittak: Qədim Yunan mütəfəkkiri )

Zəfərə əlavə ediləcək yeganə bəzək- təvazökarlıqdır. ( Şarl Pino Düklo: Fransız tarixçisi )


Tarix: 10.12.2014 / 12:20 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Dahilerin sözleri