beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mörfi qanunları

Amerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından xəbərdar olmayan yoxdur. Adını ilk dəfə eşitmiş olsanız belə, bu qanunları oxuyanda mütləq barmağınızı dişləyəcəksiniz. Məsələn,
— Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir
— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
— İtirdyini sonuncu arxa cibindən tapacaqsan.



Mörfi kimdir?
Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb. Mörfinin təməl qanunlarından biri də elə bununla bağlıdır: “Əgər hər-hansı bir xoşagəlməz halın baş vermə ehtimalı varsa, o mütləq baş verəcək”.

Mörfinin əsas qanunları:

— Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
— İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
— Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
— Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.
— Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.
— Həll olunan hər problem yeni problemlər yaradır.
— Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
— İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
— Özündən daha çılğın biri ilə heç vaxt sevişmə.
— Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
— Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
— Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
— içində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə qatacaqsız
— Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
Mörfinin qızıl qaydası:
Qızıl kimdədirsə, qanunu da o yazır.

Müharibə üçün Mörfi qanunları

· Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
· Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.
· Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.
· Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.
· Qısa yol həmişə minalanmışdır.
· Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
· Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
· Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər, hətta heç nə etməməyin də.
· Sən fikirləşirsən ki, düşmən daha yaxşı silahlanıb, o isə sənin silahlarının daha üstün olduğunu düşünür, siz hər ikiniz haqlısınız.
· Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik rütbə ilə tərs mütənasibdir.
· Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.

Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
Bəhanə qanunu — Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.
Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
Məktub qanunu — Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.
Avtomobil tıxacı qanunu — Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
Yer qanunu — Haraya getməyinizə baxmayaraq, «Bıy, sən burda nə gəzirsən» deyilir.
Nəticə qanunu — Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
Kan aksiomu — Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.
Məhsul qanunu — Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.
Görünmə qanunu — Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.
İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.


Tarix: 10.12.2014 / 12:46 Müəllif: Aziza Baxılıb: 278 Bölmə: Dahilerin sözleri