Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mel Gibsonun həyatdan öyrəndikləri

Mel Gibsonun həyatdan öyrəndikləri

1) Mən heç vaxt öldürməmişəm.
2) Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki, indi əvvəlki qədər səbirsiz deyiləm.
3) Heç vaxt Allahın mənə qəzəbini hiss etməmişəm.
4) Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər.
5) Məni sevməyən insanları xoşlamıram, ancaq onları sevirəm.
6) Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər.
7) Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən.
8) Uşaqlardan çox şey öyrənirik, onların bizdən öyrəndiklərindən daha çox...
9) Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub.
10) Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım.
11) Hamı deyir ki, Hollivud fabrikdir. Ancaq bu fabrikdə hər birimizin böyük bir mexanizmin xırda detalları olmasını deməyi unudurlar. Bir detal qırılsa, onu dəyişirlər.
12) İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi?
13) Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir.
14) Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır.
15) Düşmənlərinizə dondurma hədiyyə edin.
16) Codi Fosterlə necə dost olmamaq olar, onu başa düşmürəm.
17) Yaxşı kino insana necə təsir edir? Əyləndirir? Bəlkə öyrədir? Bəlkə səviyyəsini qaldırır? Yaxşı kino bunların hamısını eyni vaxtda edir. Əks halda, o yaxşı kino deyil, ekran qarşısında vaxt sərfidir.
18) Filmlərin əksəriyyəti lent yığınından başqa bir şey deyil.
19) Ekrandakı ilə həyatdakı insan arasında fərq çoxdur. Yadınızdadır, Keri Qrant nə demişdi? Ondan soruşmuşdular, Keri Qrant olmaq necə hissdir? Demişdi, heç bir təsəvvürüm yoxdur.
20) İstənilən dəyişiklik ağrısız olmur. Əgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib.
21) Hərdən mənə elə gəlir ki, beynin ən yaxşı xüsusiyyəti unutmaq qabiliyyətinin olmasıdır.
22) Axmaq suala verilən ən yaxşı cavab sükutdur.
23) Arzular kağız üzərində həmişə yazıq görünür.
24) Heç vaxt deməmişəm ki, əlimdə silahla ölməyə hazıram.
25) Nədənsə, çox adam elə bilir ki, mən respublikaçıyam. Ancaq bu, belə deyil. Ötən seçkilərdə heç bilmirdim kimə səs verim. Onlara baxıram, ağlıma ancaq belə bir fikir gəlir: “Deməli, seçki belədir: sən istəyirsən səni vursunlar, yoxsa təpikləsinlər?”
26) Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən.
27) Hələ də bəxtimi gözləyirəm.
28) Mən özümü nə amerikan, nə də avstraliyalı hesab edirəm. Mən hibridəm, çox yaxşı da yaşayıram, çünki Avstraliya da, Amerika da gözəl ölkədir.
29) Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır.
30) Siyasi korrektlik intellektual terrorizmdir. Axı hər kəs həmişə, hamını sevə bilməz.
31) Üç papaq almaq istəyirsənsə, iki baş daha ölç.
32) Sonrakı peşmanlıq fayda vermir. Ən yaxşısı səhvi boynuna almaqdır. Əks halda, kənardan diş pastasını boruya geri dürtməyə çalışan adam kimi görünəcəksən.

Mənbə: “Esquire” jurnalı
Tərcümə etdi: Seyidəkbər Əsgərov


Tarix: 18.04.2013 / 21:08 Müəllif: [Ram] Baxılıb: 829 Bölmə: Dahilerin sözleri
loading...