beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SAC ÜSTDƏ QOVRULAN QAR DƏNƏSİYƏM

Ad günüm… bir il də ötdü noolsun?!..
Bir azca təzəyəm, bir azca qədim.
Ax, yığdım telefon nömrəsi kimi
otuzbir yaşı da, «ora düşmədim».

Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.

Atsana bu ağır çəkiylə məni,
yarı ruh - yarı can bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
bir lopa palçıq tək silib atsana.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Dahilerin sözleri