beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lemon-qran

Bu sous bulka və kekslə süfrəyə verilir.

Tərkibi (2 pay):
5 q kartof nişastası
100 q limon
30 q kərə yağı
30 q şəkər tozu
150 ml su

Hazırlanması:
Limonun qabığını soyun, şirəsini sıxın. Şirənin yarısını qazana tökün, şəkər tozu, yağ və 150 ml su əlavə edin. Qarışdırın. Şəkər tozu əriyənədək qarışdıra-qarışdıra bişirin. Şəkər tozu əriyəndə limon şirəsinin digər yarısı ilə qarışdırılmış nişastanı əlavə edib hazır olanadək qarışdıra-qarışdıra bişirin. Eyni cinsli kütlə alınmalıdır.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Dünya mətbəxi