beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı omlet necə hazırlanır?

4 nəfərlik bir omlet hazırlamaq üçün ən az 6-8 yumurta istifadə etmək lazımdır.
Əvvəl yumurtaları farfor və ya şüşə bir qaba qırağ, duz səpək.
İçinə 1-2 şorba qaşığı rəndələnmiş dil və ya holland pendiri də əlavə edə bilərik.
Çəngəllə və ya çırpıcıyla yumurtaların ağlarıyla sarılarını bir-birinə qarışdıraq. Bu vaxt qalın əsaslı bir tavada kərəyağını əridin. Yumurtanı tökək.
Tavanı yelləyərək hər tərəfə yaxşıca yayılmasını təmin edək.
Taxta bir spatulayla omletin üst tərəfini səthə yayaraq maye qisimin bişməsini gözləyək .
Daha yaxşı bişməsi üçün omletin üzərinə tavanın böyüklüyündə bir qapaq bağlayaq. Tavanı tərs çevirək.
Qapağın üzərində qalan omlet təkrar tavaya qoyulmalı. Bir neçə dəqiqə daha bişirib, xidmət edək.


Tarix: 29.11.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Dünya mətbəxi