beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xallar bizə nədən xəbər verir?

Qədim təlimlərə görə xal insanın şəxsi keyfiyyətlərini əks etdirən çox mühüm əlamətdir. Artıq min illər boyu-dur ki; Hindistanda və Tibetdə təbiətin bu nişanələrindən insan xarakterini müəyyən etmək, onunla bağlı həyati hal-ları irəlicədən göstərmək, xal sahibinin seksual meyllərini aşkara çıxarmaq üçün istifadə edilir. Onların fikrincə, xal karmanın qoyduğu nişanələrdən başqa şey deyildir. Ən müxtəlif xalları olan insanlar üzərində çox əsirlik müşahidələr göstərir ki, xalın yeri, forması, ölçüsü və rəngindən asılı olaraq, xal sahibinin xarakteri və meylləri haqqında özündə müvafiq informasiya daşıyır.

Bu baxımdan anadangəlmə xallar daha əhəmiyyətlidir. Belə ki, onlar sahibinin hansı karma iformasiyalarını daşıdığını bu informasiyalardan hansıların bu həyatda gerçəkləşməyə hazır olduğundan xəbər verir. Buna görə sizin öz həyatınızı bağlamaq istədiyiniz insanların gizli meylləri haqqında mühakimə yürütmək olar.
Əgər qadının sol yanağının aşağısında qırmızı xal varsa, uşaqlıq vaxtı onun qismətinə bir çox məhrumiyyət və əzablar düşür, lakin 13 yaşından sonra onu xoşbəxtlik, firavanlıq və şöhrət gözləyir. Əgər xal qaradırsa, onun sahibi qırx yaşından sonra xoşbəxt olacaq.
Əgər xal qadının alnının ortasındadırsa, deməli onun pis və şıltaq xasiyyəti var, ətrafındakı adamlarla ümumi dil tapa bilmir və heç buna çalışmır da. Əgər xal qırmızıdırsa, o, əri tərəfindən seviləcək.
Əgər xal qadının alnın sol tərəfindədirsə, deməli o, hörmət sahibidir və bu ona böyük maddi gəlir və şöhrət gətirəcək.
Əgər xal alnın sağ tərəfindədirsə, bu, qadının səbatsızlığından, istənilən işi axıra çatdıra bilməməsindən xəbər verir.
Əgər qadının gözünün ucunda qırmızı xal varsa, onun həyatı ağır keçəcək, onu bıçaq yarasından zorakı ölüm gözləyə bilər.
Əgər xal almacıq sümüyünün üstündədirsə, o, orta səviyyədə yaşayacaq, nə çox varlı, nə də çox kasıb olacaq.
Əgər qadının xalı dodağına yaxın yerdədirsə, o hamı tərəfindən seviləcək və bu da ona həyatda müvəffəqiyyət gətirəcək.
Sağ qulağın dibindəki xal qadını gözləyən güclü sarsıntılardan, həyəcan və əzablardan xəbər verir.
Burunun üstündə xalı olan qadın öz xoşbəxtliyini axtarmağa yollanacaq və əvvəl-axır buna nail olacaq.

Sifətdəki daha bir sıra xallar qadın və kişilərin xarakterinin xüsusiyyətləri haqqındakı söhbətimizi tamamlayır.


Şəkilə kikləyib böyüdün

1. “Üçüncü göz” nahiyyəsindəki xal ona işarədir ki, bu xalın sahibi gözəl intuisiyaya malikdir, məntiqlə düşünməyi bacarır, magiyaya, ovsun və cadugərliyə maraq göstərir.

2. Bu xal ehtiraslı və qısqanc insana işarədir.

3. Bu xal poetik xarakterdən, əqli peşələrə meyldən xəbər verir.

4. Bu xalın sahibi bütün varlığı ilə məhəbbətə uyur, illər boyu ona sadiq qalaraq öz sevgisinin obyektini nəvaziş və iltifatlara qərq edir.

5. Bu xalın sahibi kəskin xarakterə malikdir ki, bu da dolaşıq və qısa müddətli sevgi əlaqələrinə gətirib çıxarır.

6. Bu xal səyahəti. fantaziya və yaradıcılığı sevən insandan xəbər verir.

7. Bu xal qısqanc və öz sevgilisindən danışıqsız tabe olmağı tələb edən adama işarədir.

8. Bu xalın sahibi son dərəcə hissiyatlı insandır. O, ailə həyatında daim yeni-yeni hiss və həyacanlar axtarır.

9. Bu xalın sahibi öz təqsirini etiraf etməyi xoşlayır. Həmin səbəbdən də tez-tez spesifik mübahisələr doğur.

10. Bu cür xalı elan adamın gözəl yaddaşı var və o bundan mənfəət götürməyi bacarır.

11. Bu xal qadağa olan bütün şeylərə meyl və maraq-dan xəbər verir. Məhz bu səbəbdən sevgi münasibətlərin-də daim əngəllər ortaya çıxır.

12. Belə xalın sahibi bütün varlığı ilə öz ehtirasına qurşanır ki, bu da münasibətlərdə dolaşıqlıqlara gətirib çıxarır.

13. Bu cür xalı olan adam daim boş şeylərə görə küsməyə meyllidir. Lakin küsən kimi də peşman olur, barış-maq istəyir, çünki fiziki yaxınlıq olmadan yaşaya bilmir, buna görə tez barışmağa can atır”

14. Belə xal yüksək və mistik ağıl tərzinə və xüsusi taleyə işarədir.

15. Bu xalın sahibi müstəqilliyi və istədiyi kimi yaşamağı sevir.

16. Bu xalın sahibi bütün həyatını öz ailəsinə həsr edir və bundan zövq alır.

17. Belə xalı olan qadın müəyyən mənada təhlükəli məxluqdur. O, kişiləri məftun edib öz toruna salmağı xoşlayır. Hamını şok vəziyyətinə salan hərəkətlərdən, qalmaqallı davranışdan çəkinmir. Bu cür qadınlar sevgi oyunlarında müxtəlifliyi sevirlər, lakin ailə həyatı qurduqdan sonra ciddiləşir, özlərini təmkinlə aparırlar.

18. Bu xalın sahibi həssas və hissiyatlı şəxsdir, fanta-ziyaya uymağı sevir, qeyri-adi hərəkətləri ilə seçilir.

19. Belə xalı olan adam böyük və yeganə bir məhəbbətin arzusu ilə yaşayır. Buna görə vasvası və qısqancdır.

20. Mövcud xal depressiyadan, insanın tez-tez bədbinliyinə qapılmasından xəbər verir.

21. Bu xalın sahibi yeknəsəqliyi sevmir. Bu onun sevgi münasibətlərinə öz təsirini göstərir, dolaşıqlıq və əngəllərə gətirib çıxarır.

22. Belə xalı olan şəxsdən sədaqət gözləmək sadəlövhlük olar.

23. Bu xalın sahibi aydın zəkaya malikdir. O, səliqə-sahmanı sevir, xaosa, qarmaqarışıqlığa qarşı dözülməzdir. Belə adamlar həm mənəvi, həm də maddi cəhətdən daim inkişafda olurlar.

24. Bu xal psixologiyanın və səhhətin zədəli olmasın-dan xəbər verir. Belə adamlar həmişə özlərini köməksiz və aciz hiss edirlər. Onların mübarizə aparmaq üçün daxili qüvvəsi yoxdur.

25. Bu xalın sahibi ənənəvi və möhkəm ailə qurmaq arzusu ilə yaşayır. O, sabit və sakit həyatı xoşlayır.

1- iki qaşın ortası
2,3,4,5- sağ göz etrafı
7,8,9,10- sol göz etrafı
6,11,14,17 - burun ve etrafı
12,13- sağ yanaq
20,21,22 - sol yanaq
15,16,18- dodaq üstü
19,23,24 - dodaq altı
25- çene

Boynunun ortasında və ümumiyyətlə boynunda xalı olan qadın heç şübhəsiz varlı olacaq və ya gözlənilmədən varlanacaq.
Deyilənə görə qulağında xal olan qadın öz fəallığı ilə seçilir və ona hamı tərəfindən hörmət göstərilir.
Əgər qızın sol döşündə xal varsa, onun çoxlu qızı olacaq.
Sağ döşündə xal olan qız ərə gedəndən sonra çoxlu oğlan doğacaq.
Qadının çiyinlərindəki : xallar onun güclü mənəvi keyfiyyətlərindən, həyatın hər cür sınaqlarına mətanətlə sinə gərə bilmək qabiliyyətindən xəbər verir.
Qadının döşlərindəki : çoxsaylı xallar ruhi təbəddülatlara işarədi, bunlar isə qadını pis hərəkətlərə sövq edə bilər.
Qarın nahiyyəsində : xah olan qadının yaxşı iştahası var. O, dünyada hər şeydən çox dadlı yeməyi xoşlayır.
Bel nahiyyəsində : xal daşıyan qadın sizə çoxlu uşaq bəxş etməyə hazırdır. Xal nə qədər iri olsa, övlad-uşağınız bir o qədər çox olacaq. Hətta siz bunu arzulamasanız da, onu həmişə hamilə görəcəksiz, çünki bu qadın həyatının mənasını uşaq doğmaqda görür.
Biləkdə tünd ləkələr : karyera, xoşbəxtlik və var-dövlət rəmzidir.
Əllərdə çoxsaylı : xallar sahibinə uğur və xoşbəxtlik gətirəcək istedada işarədir.
Baldırda xal : müstəqilliyi, zəhmətsevərliyin rəmzidir.



Kişilərdə xallar aşağıdakıları göstərir:
Alında : alnın sağ tərəfində xal sahibinə şöhrət və xoşbəxtlik gətirir, sol tərəfdəki xal isə xoşbəxt məhəbbətə işarədir.
Qulaqlarda : sizin heç vaxt problem və qayğınız olmur.
Boyunda : əgər xal böyükdürsə, sizi çətin həyat gözləyir.
Hulqumun üstündə – xalınız varsa, işdə sizi başgicəlləndirici karyera gözləyir.
Çənədə xal: siz ətrafdakıların böyük hörmətini qazanacaqsımz.
Çiyinlərdə xal: sizin həyatınız çətinliklərlə doludur, lakin siz bunların öhdəsindən gəlməyi bacarırsınız, çünki iradəli və işgüzarsınız.
Qabırğalarda xal: əgər xal sağ tərəfdədirsə, deməli siz qətiyyətsiz adamsınız, üstəlik də çox vaxt özünüzü kobud aparırsınız. Əgər xal sol tərəfdədirsə, deməli sizdə yu-mor hissi var və bu keyfiyyət sadaladığımız qüsurları ört-basdır edir.
Kürəkdə xal : siz ürəyiaçıq və namuslu adamsınız, ancaq hərdən yaxşı deyinməyi sevirsiniz.
Ayaqlarda xal qətiyyətsizliyi göstərir.
Yançaqlarda xal : nə qədər kədərli olsa da, siz avaraçılığı sevirsiz və mübarizə aparmağı bacarmırsınız.
Dabanlarda xal: əgər hər iki dabanınızda xal varsa, deməli siz səyahət etməyi xoşlayırsız. Əgər xal yalnız sağ dabandadırsa, sizin dünyanı gəzmək arzunuz baş tutmayacaq. Əgər xal sol dabandadırsa, siz xəyalpərvər adamsınız və incə yumor hissinə maliksiz.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Cinsel Bilgiler