beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erotik çalarlar:

Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən...
Sual olunur: İlk cinsi kontakta necə yanaşmaq gərək? İnsanın uzun illik təcrübəsində suala hələlik dəqiq cavab verilməmişdir. Qadağanlar sistemi, valideynlərin haqlı (haqsız da az olmur) ehtiyat instinkti və s. yeniyetmələrin qəlbinə bir kövrək örtük çəkir. Həqiqətdir ki, yeniyetmələrin qarşılıqlı münasibətləri sferası: qəti «Olmaz» və «Olar» qadağanında əksini tapır. Ən optimalı isə zənnimizcə, qadağan yox, tərbiyə etməkdir. Hansı ki, gələcək intuitiv hissetmənin mövcud və gələcək rolunu aydınlaşdırmaqdır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Cinsel Bilgiler