beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı bürc harada yaşamalıdır?

Sən demə, iqamət dəyişikliyi ilə həyatı dəyişmək mümkün imiş. Bakıda sıradan bir vətəndaş ikən Amerikada rok starı ola bilər və ya evini dəyişməklə həyatını da dəyişə bilərmişsən.

QOÇ - isti iqlimə sahib olan şəhərlər bu bürcün nümayəndələri üçün uyğundur. Yaşayacaqları bölgədə açıq hava idman zallarının olması vacibdir: Misir, Yunanıstan.

BUĞA - yer dəyişikliyini sevmir. Bu fikrə düşmək üçünsə gərək uzun-uzadı düşünsünlər. Bitki örtüyünün və suyun bol olduğu liman şəhərləri onlar üçün uyğundur: Argentina, Afrika, Norveç, Yaponiya.

ƏKİZLƏR - onlar cansıxıcı olmayan şəhərləri tərcih etməlidirlər. Gün içində yeni insanlarla tanış olmaq, turlara çıxmaq ən sevdikləri məşğuliyyətdir: Misir, Norveç, İtaliya, Finlandiya.

XƏRÇƏNG - özünü harada təhlükəsiz hiss edirsə, orada da xoşbəxt olur. Yaşadıqları yerləri məcburiyyət qarşısında qalmasalar, dəyişməzlər. Uyum və öyrənmə istedadları vardır. Nəmli, sulu, inancları güclü olan insanların yaşadıqları şəhərləri seçərlər: Baham adaları, Rumıniya, özəlliklə də Amerika.

ŞİR - teatr, film, animasiyaları çox sevir. Bir çox Şirlər aktyorluq qabiliyyətini elə tətil səyahəti zamanı ortaya çıxarırlar: Hollandiya, İngiltərə, İsveçrə, Almaniya, İtaliya.

QIZ - bir çoxları araşdırmanı sevirlər, ancaq bəzən təbiət onları özünə cəlb edə bilir. İtaliya, Fransa xaric - Avropa ölkələri tam onlar üçündür.

TƏRƏZİ - üçün coğrafiyadan çox, orada yaşayan insanlar önəmlidir. Uyğunlaşa biləcəyi, insanları ilə dil tapacağı bölgələr onlara uyğundur: Türkiyə, Çin, Malayziya, Sinqapur və Rusiya.

ƏQRƏB - dərin bilginin və detektivlərin bürcünə maraqlı hara gəlsə, orada da yaşayar. Təbiəti və insanları yaxından tanıdıqları üçün heç qorxmadan hər yerdə yaşama şansına sahibdirlər. Onlara xüsusilə Türkiyənin hər şəhəri uyğundur.

OXATAN - bu cür azad insanlar adi yaxtada belə yaşaya bilərlər. Onlara yüksək binalarla dolmamış yaşıllığı bol olan isti şəhərlər məsləhət görülür. Onların çoxu əslində, xaricdə yaşamağa üstünlük verənlərdir: Avstraliya, Amerika, Peru, İsveç, Finlandiya.

OĞLAQ - təbiətin vəhşi tərəfini sevən bu bürcün nümayəndələri üçün dağ mənzərəli şəhərlər uyğundur. Bir çoxları torpağın sirlərini çözməyi sevir: Venesuela, Rumıniya, Yeni Zellandiya, Avstraliya kimi əl dəyilməmiş təbiəti və gəzilməmiş yolları olan ölkələr məsləhət görülür.

DOLÇA - orijinal, qeyri-adi çəkiciliyi olan yerlər bu bürc sahiblərinin yaşaması üçün ideal hesab olunur. Biliyə, mədəniyyətə, azadlığa sahib olanlar hər yerdə rahatlıqla yaşaya bilərlər: Amerika, İsveçrə, Norveç, Avstraliya məsləhət görülür.

BALIQLAR - xoş niyyətli olduqları üçün hər şəraitə uyğunlaşırlar. Onların çoxu təqaüdə çıxdıqları zaman balıqçılıq etmək, gəmi ilə dünyanı səyahət etmək xəyalı ilə yaşayır: Tibet, Hindistan, Şarm-el-Şeyx kimi mədəni irsə sahib olan bölgələrdəki masaj, spa salonları da Balıqları qane edir.


Tarix: 24.11.2014 / 14:39 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Burcler haqqinda çox şey