Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burclerin Is Heyati

Burclerin Is Heyati ............



Qoç bürcünün nümayəndələri idarəçilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.

Buğa bürcünün nümayəndələri venera planetinin təsiri ilə incəsənət ruhu çox güclü olan insanlardır. Müxtalif sahələrdə uğur əldə edən sənətçilər buğa burcundəndirlər. Zərgərlik, müğənnilik, heykəltaraşlıq, dekarasiya sahələrində uğur qazana bilərlər.

Əkizlər bürcünün nümayəndələrində araşdırmaya söykənən, praktik zəkasını istifadə edəcəyi işlərə yönəlsələr, bu sahələrdə üstün nailiyyətlər əldə edə bilərlər. Jurnalistika, aparıcılıq, müəllimlik, arxeoloqluq, yazıcılıq və reklam sahələri onlar üçün uğurlu sahələrdir.

Xərçəng bürcünün nümayəndələrində mərhəmət hissi daha güclüdür. Bu baxımdan həkim, tibb bacısı, ibtidai sinif müəllimi kimi işlərdə onlar daha uğurlu ola bilərlər.

Şir bürcünün nümayəndələri idarəcilik sahələrində daha uğurludurlar. Əmr verməyi sevən bu şəxslər çox nüfüzlü iş yerlərində təkbaşına uğurlu idarəcilik edə bilər. Sərt görünüşlərinin altında incəsənətə olan maraqları ilə də secilən şir bürcündən olanlar modelyer, diziyner, fotoqraf sahələrində çalışa bilər.

Qız bürcünün nümayəndələri mühasibat, riyaziyyat müəllimi, iqtisadiyyat, bank sahəsində bacarıqlı işci kimi fərqlənə bilərlər.

Tərəzi bürcünün nümayəndələri ədalətli və obyektiv olduqları üçün hüquq sahəsində bacarıqlıdırlar. Vəkil, hakim, diplomat, politoloq olarlarsa, uğur qazana bilərlər.

Əqrəb bürcünün nümayəndələri gizlilik tələb edən işlərdə daha uğurludurlar. Bu baxımdan bacarıqlı dedektivlərin, polislərin bir çoxu bu bürc altında dünyaya gələn insanlardır.

Oxatan bürcünün nümayəndələri öyrətməyi və öyrənməyi şox sevən, elmə dəyər verən insanlardır. Uğur qazandıqları iş sahələri müəllimlik və jurnalistika sahələridir.

Oğlaq bürcünun insanları yenilikləri maraqla qarşılayırlar, texnologiya aləmində bacarıqlı ola bilərlər. Həm kişilərin, həm də qadınların uğurlu iş sahəsi kompüter mühənndisliyi də ola bilər.

Dolça bürcünün insanları daim araşdırma aparmağı sevirlər. Elm adamlarının çoxu məhz bu bürcün nümayəndələridir. Bu bürcün insanlarını tanınmış ədəbiyatcı kimi də görmək mümkündür.

Balıqlar çox güclü xəyal gücünə malikdirlər, bu baxımdan təşkilacılıqla bağlı işlərdə uğurludurlar. Xəyal etmək və yaratmaq bu bürcün insanlarının əsas taktikasıdır.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Burcler haqqinda çox şey
loading...